Accessibility links

Lego şirkəti yaranmasının 60-cı ilini qeyd edir [Video]


Lego şirkəti yaranmasının 60-cı ilini qeyd edir
please wait

No media source currently available

0:00 0:02:34 0:00

Lego şirkəti yaranmasının 60-cı ilini qeyd edir

Bütün dünyada məşhur Lego blokları oyuncağı özünün 60-cı doğum gününü qeyd edir. Danimarkalı Ole Kirk Kristiyansen şirkəti 1932-ci ildə qursa da, ancaq bizim tanıdığımız Lego blokları 1958-ci ilə qədər kütləvi istehsala başlamamışdı.

Hazırda isə Lego şirkəti dünyanın oyuncağa olan tələbatını ödəmək üçün gündəlik minlərlə parça istehsal edir.

Tom Hal Lego Beynəlxalq Təhsil mərkəzinin baş meneceridir.

“Lego kərpic blokları indi daha çox qloballaşıb. Burada dilə ehtiyac yoxdur. Əgər siz kərpicləri dünyanın istənilən yerindən olan uşaqların qarşısına qoysanız, onlar rahatlıqla birlikdə oynamağa başlayacaqlar. Məncə bu oyun artıq yoluxucu bir şeyə çevrilib." - deyə, Tom Hal bildirib.

Lego şirkəti iddia edir ki, ənənəvi ikinin dördə kərpiclərlə siz 900 milyondan çox kombinasiya yarada bilərsiniz.

“Lego heç zaman öz yaradıcılığını dayandırmır. Həmişə yeni ideyalar, yeni anlayışlar ortaya çıxarır. Lego 60 il əvvəlki ilk konsepsiyasını müasir dövrdə uşaqları maraqlandıran nəsnələrlə birləşdirib yeni məhsullar yaratmağa çalışır." - deyə, "Oyuncaq dünyası" kitabının yazarı Con Baulh bildirib.

1949-cu ildə 1958-ci ilə qədər 10 il müddətində Lego dizaynerləri oyuncaqların görünüşünü oyuq formadan hazırkı məşhur bloklamaq formasına dəyişdiriblər.

Hazırda Lego markasının video oyunları, əyləncə parkları və filmi var. 2019-cu ildə daha bir filminin çəkilməsi gözlənilir. 60 illik tarixə sahib Lego oyuncağı istənilən yaş qrupundan olan uşaqların, həta böyüklərin belə təsəvvür gücünü artırmaq üçün istifadə etdiyi sevimli məşğuliyyətlərindədir.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG