Accessibility links

İsrailin ekstremist "Lehava" qrupunun üzvləri həbs edilib


İsrail polisi yəhudi qadınlarla görüşdükləri üçün ərəb kişiləri cəzalandıran ektremist qrupun 15 üzvünün həbs edildiyini bildirib.

Məhkəmənin bazar günü çıxardığı qərara əsasən "Lehava" qrupunun lideri Benzi Qopşteynə ev dustaqlığı verilib.

"Biz İsrailin qızlarını qorumaqda davam edəcəyik. "Lehava" təşkilatının fəaliyyəti qanunidir və biz hərəkatımızı qanuni şəkildə davam etdirəcəyik" deyə, benzi Qopşteyn bildirib.

Polis qrup üzvlərinin gizli araşdırma aparıldıqdan sonra həbs edildiyini deyib.

Polis sözçüsü isə əməliyyatın məqsədinin "Lehava" qrupu üzvləri tərəfindən yayılan radikalizmin və faşist irqçiliyinin qarşısının allnması olduğunu bildirib.

"Lehava" və lideri Qopşteyn qeyri-yəhudilərə qarşı təhdidlərinə görə artıq bir neçə ildir polisin müşahidəsi altında idi. Bundan əvvəl də "Lehava"nın bir neçə üzvü ərəb-yəhudi məktəbini yandırmağa cəhd edərkən həbs edilmişdi.

XS
SM
MD
LG