Accessibility links

Lənkəranda film festivalına qadağa


Rumıniya, Çin və Ukraynada insan haqları ilə bağlı 4 sənədli film daxil olan festival aprelin 5-də açılmışdı

Lənkəran İcra Hakimiyyəti “CAUCADOC” sənədli filmlər festivalını dayandırıb. Bu gün Lənkəran rayon İcra Hakimiyyəti başçısının iki müavini festivalın keçirildiyi yerə gələrək filmlərin nümayişinin dayandırılmasını tələb edib. Bu barədə Amerikanın Səsinə hazırda Lənkəranda olan festivalın Azərbaycan üzrə koordinatoru Teyyub Mirqasımov bildirib.


Onun sözlərinə görə, Rumıniya, Çin və Ukraynada insan haqları ilə bağlı 4 sənədli film daxil olan festival Lənkəranda aprelin 5-də açılıb. “Dünən iki film nümayiş etdirildi. Lənkəran icra hakimiyyətinin nümayəndəsi də festivalda iştirak edib. Aprelin 6-da isə icra hakimiyyətinin başçısının iki müavini festivalın keçirilməsi üçün yerli icra hakimiyyətinin icazəsinin lazım olduğunu bildirib. Müavinlər təşkilatçılara məktub yazmağı məsləhət bildi və bir həftədən sonra məktuba cavab veriləcəyini dedilər. Həmçinin onlar nümayiş ediləcək filmlərə ilk öncə icra hakimiyyətinin baxmasının lazım olduğunu diqqətə çatdırdı. Biz qanunda məktub yazmağın nəzərdə tutulmadığını onların nəzərinə çatdırdıq. Amma, müavinlər inadlarından dönmədi və festivalın davam etdirilməsinin mümkün olmadığını bildirdi”-deyə T.Mirqasımov bildirib. Bundan sonra festivalın fəaliyyəti dayandırılıb.

“CAUCADOC” sənədli filmlər festivalı Avropa İttifaqı və Çexiya hökumətinin maliyyə dəstəyi ilə festivalın Tbilisidəki Mərkəzi ofisi, Azərbaycan nümayəndəliyi və Lənkəran Hüquqi Yardım İctimai Birliyi tərəfindən təşkil edilib.

XS
SM
MD
LG