Qreta Van Sasteren Amerikanın Səsi üçün ABŞ-ın Federal Kəşfiyyat Agentliyinin (CİA) sabiq direktoru, sabiq müdafiə naziri və Prezident Aparatının keçmiş sədri Leon Panetta ilə Türkiyənin Amerika üçün əhəmiyyətinə dair müsahibə keçirib.
Türkiyənin NATO-nun üzvü kimi ABŞ üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayan Panetta deyib ki, bu ölkə Yaxın Şərqlə Avropa arasında buffer mahiyyəti daşıyır. O, ABŞ-ın dünyanın o bölgəsindəki hərbi missiyaları üçün Türkiyəyə güvəndiyini bildirib.
Panettanın dediyinə görə, Türkiyənin Rusiya tərəfə meylliliyinin artması Amerika üçün çətin bir dönəm yaradıb. O deyib ki, Türkiyəyə qarşı sankasiyaların lirəni çökdürməsi, amerikalı keşişin azadlığa buraxılmaması və ölkədə avtoritarlığın artması kimi məsələlər ölkələr arasında parçalanma yaradıb.
Panetta əvvəllər də ABŞ-Türkiyə münasibətlərində problemlər yaşandığını və onların daha sonra həll edildiyini deyib. CİA-in sabiq rəhbəri bu dəfə də mübahisələrin həllinə yol tapılacağına ümid etdiyini bildirib.
ABŞ-ın Türkiyə ilə əhəmiyyətinə gəlincə Panetta deyib ki, hərbi, ticari və kəşfiyyat sahəsində əməkdaşlıq hər iki ölkə üçün mühümdür. Bu baxımdan Amerika Türkiyə ilə əlaqələrini qorumalıdır.
Sabiq müdafiə naziri Türkiyədəki iqtisadi böhranın dünya iqtisadiyyatına mənfi təsirini vurğulayıb. O deyib ki, ABŞ da bunu nəzərə almalıdır. Belə ki, Amerikanın Türkiyədə mühüm bazaları yerləşir.
Panetta deyib ki, Türkiynin bazaları bağlamaması üçün Amerika ehtiyatlı olmalıdır.