Accessibility links

Leonardo Da Vinçinin “diqqət defisiti sindromu”ndan əziyyət çəkdiyi guman edilir


Leonardo Da Vinçinin “Diqqət defisiti sindromu”ndan əzab çəkdiyini guman edilir
please wait

No media source currently available

0:00 0:02:19 0:00

Leonardo Da Vinçinin gözəl sənətkar və dahi bir insan olduğuna şübhə yoxdur. Lakin onun nə düşündüyünü və hansı temperamentə malik olduğunu anlamaq çətindir. Onun işləri nümayiş etdirilən yeni sərgidə rəssamın psixoloji durumuna dair araşdırmalar onun yaradıcılığına yeni bir işıq saçır.

Leonardo Da Vinçinin 500 il bundan əvvəl vəfat edib. Lakin Milanda yeni sərgidə o, ziyarətçilərə salam deyə bilir. Bu sərgidə ziyarətçilər onun ən məşhur əsərlərini görə bilər. Burada onun uçan cihazlar və avarlı qayıqlar kimi bəzi fantastik əsərləri də nümayış etdirilir. Art Media Studio-dan Marilena Berozzi: “Biz onun uçan maşınlarını təsvir edən otaq yaratmışıq. O, çox sayda cihaz düzəldib. Biz onlardan bəzilərini 3D texnilogiyası vasitəsilə yaratdıq ki, həmin uçan cihazlarla onun yaratdığı məşhur mənzərələrin, Vinçi peyzajının və uşaqlıqda atdığı ilk addımlarını nümayiş etdirən əsərinin üzərindən keçmək olur.”

Burada məqsəd Da Vinçinin bəzi məşhur əsərləri, eləcə də onun eskizləri, sadə fikirlərini multimediya sensoru vasitəsilə nümayiş etdirməkdir. Medarctec Media-dan Enriko Kristiani: “Bu bizim Leonardoya verdiyimiz böyük qiymətdir. Biz onun işlərinin yalnız bir otaqda deyil, gələcəkdə də müxtəlif multimediya sensorları şəklində sərgiləməsinə çalışırıq.”

Leonardonun həyatında əsas xüsusiyyətlədən biri də onun çox sayda işi yarımçıq qoymasıdır. Tədqiqatçılardan birinin fikrincə özünün temperamenti ilə tanınan bu sənərkar ola bilər hazırda müasir xəstəlik kimi tanınan “diqqət defisiti sindromu”ndan əzab çəkib. Londonun Kinqs Kollecindən Marko Katani: “Aydındır ki, hər hansı psixiatrik diaqnozun qoyulması çətindir, çünki bioloji markerlər yoxdur. Lakin “Diqqət defisiti sindromu” keçmişdə irəli sürülmüş bütün fikirlər arasında Leonardonun qeyri-adi davranışı üçün bu ən uyğun diaqnozdur. "

Lakin Marko Katani üçün Leonardonun “Diqqət defisiti sindromu” ümidverici bir xəstəlikdir. Çünki bu, belə bir xəstəliyi olan şəxsin çox şeyə nail ola bilməsi deməkdir. “Əgər Leonardo Da Vinçidə “Diqqət defisiti sindromu” var idisə, belə bir peoblemi olan hər kəs böyük potensiala sahib ola və bunu həyata keçirməyə nail ola bilər” - deyə, Marko Katani bildirir.

Leonardonun Milandakı sərgisi sentyabrın sonunadək nümayiş etdiriləcək.

XS
SM
MD
LG