Accessibility links

Leonardo da Vinçinin özəl əllərdə olan son əsəri gələn ay Nyu-Yorkda hərraca çıxarılacaq


Leonardo da Vinçinin özəl əllərdə olan son əsəri gələn ay Nyu-Yorkda hərraca çıxarılacaq. Əsərin satışdan öncəki qiyməti 100 milyon dollardır.

Kristi hərracının sözçüsü İsa Peyğəmbərin təsvir edildiyi əsərin adının

"Salvator Mundi" olduğunu və heç vaxt hərraca çıxarılmadığını bildirib.

Alan Uintermutun dediyinə görə, əsərin original rəsm əsərinin surəti olduğu düşünülüb. 1950-ci ildə həmin əsər amerikalı kolleksionerə satılıb. 2005-ci ildə yenidən satışa çıxarılan bu rəsm əsərinin yeni sahibi onu təmizlədikdən sonra Leonardonun original rəsmi üzə çıxıb.

“Salvator Mundi” noyabrın 15-də satışa çıxarılacaq. Satıcı sadəcə avropalı kolleksioner kimi tanıdılır.

XS
SM
MD
LG