Accessibility links

Lerikdə dağlıq ərazidə başlamış yanğının söndürülməsi davam edir


Lerikdə dağlıq ərazidə yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir.

Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.

“Dünən Lerik rayonu, Soru kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə başlamış yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. Yanğınsöndürmə əməliyyatı FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin tərəfindən həyata keçirilir ” məlumatda qeyd edilib.

Məlumatda deyilib ki, yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və mütəmadi güclənən küləkli hava mane olur.

İyul-avqust aylarında Azərbaycanda çoxsaylı meşə yanğınları qeydə alınmaqdadır.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bu gün, avuqstun 22-də Lerik (Bakıdan 323 kilometr cənub) və Ağsu (Bakıdan 155 kilometr qərb) rayonlarında meşə yanğınları başlayıb.

Nazirlik bildirir ki, Lerik rayonu, Soru kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğının söndürülməsinə bu nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunub.

Nazirlik həmçinin bildirir ki, Ağsu rayonu, Suraxanı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb.

Məlumatda deyilir ki, hər iki rayonda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən Ağsu rayonunda dağlıq ərazidə 10 hektar sahədə, Lerikdə isə meşə sahəsində kol-kos, qurumuş ağaclar yanır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG