Accessibility links

Lesli qasırğası Kanadaya doğru istiqamət alıb


Tropik Lesli qasırğası Bermud adalarına güclü yağış, külək gətirəndən sonra Kanadaya doğru istiqamət alıb.

Bermuda hava limanından uçuşlar təxirə salınıb. Adada avtobuslar və gəmilərin fəaliyyəti də dayandırılıb.

Tropik Lesli qasırğası saatda 95 kilometr sürətlə hərəkət edərək Atlantik okeanında öz yoluna davam edir.

ABŞ Milli Qasırğa Mərkəzinin meteoroloqlar gözləyir ki, qasırğa Kanadanın şərq sahilindəki Nyufoundlendə yaxınlaşdıqca, güclənərək tufana çevrilə bilər.

ABŞ-ın şərq sahilləri də güclü dalğalara və yağışa məruz qala bilər.
XS
SM
MD
LG