Accessibility links

Lester Siti klubunun sahibi vertolyot qəzasında həyatını itirib


Şənbə günü havaya qalxdıqdan bir müddət sonra stadion yaxınlığına düşərək alovlanan vertolyotun içərisində ölən beş nəfərin arasında İngiltərə Premyer Liqasında iştirak edən Lester Siti futbol klubunun sahibi olub.

60 yaşlı milyarder Viçai Srivaddhanaprabhanın içərisində olduğu vertolyot şənbə günü keçirilən futbol oyunundan sonra komandanın Kral Power stadiounun yaxınlığındakı avtodayanacaq ərazisinə düşüb.

Hadisə nəticəsində vertolyotun pilotu, Viçainin şəxsi heyətindən daha iki nəfər və bir sərnişin də həyatını itirib.

Viçai 2010-cu ildə ikinci diviziyonda iştirak edən Lester Siti futbol klubunu 50 milyon dollara almışdı. Futbol klubu 2016-cı ildə, tarixində ilk dəfə İngiltərə Premyer Liqasının qalibi olmuşdu.

Viçai Tailanda fəaliyyət göstərən nəhəng vergisiz satış dükanları olan King Power-ın qurucusu və sahibi idi.

İngiltərənin mərkəzi bölgəsində yerləşən Lester şəhəri Londondan 143 kilometr şimaldadır.

XS
SM
MD
LG