Accessibility links

"Cənubi Qafqazın başqa heç bir yerində Azərbaycanda baş verənlərə şahid olmaq mümkün deyil"


Levan Asatiani: Hökümət insan haqları müdafiəçilərini Azərbaycan cəmiyyətinin gözündən salmağa çalışır
please wait

No media source currently available

0:00 0:06:47 0:00

1950-ci ildən başlayaraq hər il dekabrın 10-u bütün dünyada Beynəlxalq İnsan Hüquqları günü kimi qeyd olunur.

Bir çox beynəlxalq təşkilat, o cümlədən Amnesty International Azərbaycanda insan haqları durumunun yaxşı olmadığını bildirib və ondan çox insanı “vicdan məhbusu” elan edib. Amnesty International Təşkilatının nümayəndəsi Levan Asatiani Amerikanın Səsinə müsahibəsində Azərbaycandakı insan haqları durumu və siyasə məhbus problemindən danışıb.

İnsan haqları müdafiəçiləri və QHT liderlərinə çox vaxt insan haqları işi ilə iqtisadi mənfəət üçün məşğul olan oğrular damğası vurulur.
Levan Asatiani

Amerikanın Səsi: Siz və təşkilatınız Amnesty International Azərbaycandakı insan haqları vəziyyətini necə dəyərləndirirsiniz?

Levan Asatiani: Fikrimcə, açıq-aşkardır ki, Azərbaycanda hökümət əleyhinə çıxanlara qarşı siyasi-motivli təqiblər və həbslər mövcuddur. Azərbaycan höküməti tarixən ifadə, assosiasiya və toplaşma azadlığına hücumlar edib. Lakin son vaxtlarda Azərbaycan höküməti demək olar bütün vətəndaş cəmiyyətini susdurub. Onlar bunu insanları siyasi motivli ittihamlarla həbs edərək edib. Onlar həmçinin Azərbaycandakı insan halqarı müdafiəçiləri və vətəndaş cəmiyyəti liderlərini cinayətkar kimi göstərərək, onlara etimadı aradan qaldırıb. Belə ki, insan haqları müdafiəçiləri və QHT liderlərinə çox vaxt insan haqları işi ilə iqtisadi mənfəət üçün məşğul olan oğrular damğası vurulur. Hökümət bu yanaşma ilə ölkədəki insan haqları müdafiəçilərini Azərbaycan cəmiyyətinin gözündən salmağa çalışır.

Amerikanın Səsi: Siz siyasi məhbus problemini ciddi şəkildə qaldırmısınız. Bəs Azərbaycanda siyasi məhbus problemi nə dərəcədə ciddidir?

Levan Asatiani: Azərbaycanda çox sayda siyasi məhbus var. Əslində Azərbaycanda yerli insan haqları müdafiəçiləri siyasi məqsədlə həbs olunmuş insanların siyahısını hazırlayır. Bu siyahı tez-tez yenilənir və siyahıda təxminən 100 nəfərin adı var. Yəni bizim müşahidə etdiyimiz odur ki, insan haqları müdafiəçiləri və siyasi fəalları həbs etmək praktikası “fırlanan qapı” praktikasına əsaslanır, belə ki, Azərbaycan höküməti bəzi insan haqları fəllarını həbs edir, daha sonra isə beynəlxalq təzyiq nəticəsində onları azadlığa buraxır. Lakin bəzilərini azadlığa buraxarkən, başqalarını da həbs edir. Beləcə, Azərbaycan həbsxanalarında hər zaman siyasi məhbuslar olur və vətəndaş cəmiyyətinin əsas liderləri bir müddət də olsa azadlıqdan məhrum edilir.

Cənubi Qafqazda başqa heç bir yerdə Azərbaycanda baş verənlərə şahid olmaq mümkün deyil.

Amerikanın Səsi: Azərbaycan insan haqları məsələsində Cənubi Qafqazdakı qonşuları ilə necə müqayisə olunur?

Levan Asatiani: Adətən Amnesty International ölkələri müqayisə etmir və insan haqları pozuntularına görə onları kateqoriyalara ayırmır. İnsan haqları pozuntuları hər yerdə, Qərbi Avropa və digər inkişaf etmiş ölkələr də daxil olmaqla, hər cür ölkələrdə baş verir. Lakin regiondakı ən çətin vəziyyət Azərbaycandadır, çünki Cənubi Qafqazda başqa heç bir yerdə Azərbaycanda baş verənlərə şahid olmaq mümkün deyil. Orada demək olar bütöv vətəndaş cəmiyyəti hökümətin mütəşəkkil kampaniyası nəticəsində məhv edilib.

Amerikanın Səsi: Siz Qərb hökümətlərinin insan haqları məsələsinə cavabından razısınızmı?

Levan Asatiani: Təəssüf ki, Qərb hökümətləri daha çox iş görə bilər, amma görmür. Mən düşünürəm ki, beynəlxalq təşkilatlar Azərbaycandakı vəziyyətlə bağlı daha açıq danışmalıdırlar. Son illərdə Azərbaycanda vətəndaş haqları vəziyyəti pisləşsə də, Avropa Şurası və Avropa Şurasının Parlament Assambleyası kimi təşkilatlar Azərbaycankı insan haqları vəziyyətini nəzərdən keçirib, kəskin tənqid etmək üçün kifayət qədər iş görməyib. Eyni vəziyyəti digər beynəlxalq tərəfdaşlara da aid etmək olar, xüsusilə də Avropa İttifaqına.

Azərbaycanda insan haqları məsələsində real dəyişiklik əldə etmək üçün Avropa İttifaqı aydın, davamlı və koordinasiya edilmiş siyasət irəli sürməlidir ki, bu siyasət nəticəsində Azərbaycala hər hansı bir əlaqədə insan haqları məsələləri iqtisadi məsələlərlə eyni səviyyədə nəzərdən keçirilsin. Əslində Avropa İttifaqı Azərbaycanla hazırkı əlaqələrində də insan haqları məsələsinə üstünlük verməlidir. Hazırda onlar Avropa İttifaqı ilə Azərbaycan arasında strateji razılıq üzərinə işləyirlər.

Əslində Avropa İttifaqı Azərbaycanla hazırkı əlaqələrində də insan haqları məsələsinə üstünlük verməlidir. Hazırda onlar Avropa İttifaqı ilə Azərbaycan arasında strateji razılıq üzərinə işləyirlər.

Amerikanın Səsi: Siz Azərbaycandakı insan haqları vəziyyətini yaxşılaşdırmaq üçün nəyi tövsiyyə edərdiniz?

Levan Asatiani: Birinci, Azərbaycan höküməti Azərbaycandakı vicdan məhbuslarını dərhal və qeydsiz-şərtsiz azadlığa buraxmalıdır. Onlar arasında elə vəkillər, insan haqları müdafiəçiləri var ki, onların yeganə cinayəti ifadə azadlıqlarından istifadə edərək, höküməti təqdin etmək olub. İlk addım odur ki, hökümət bu məhbuslara əziyyət verməyə son qoymalı və onları dərhal azadlığa buraxmalıdır.

İkinci, Azərbaycanda qanunvericilik strukturunu dəyişmək çox vacibdir. Azərbaycanda, xüsusilə də assosiasiya azadlığı, yəni QHT-lərin və vətəndaş cəmiyyətinin ölkədəki fəaliyyəti ilə bağlı qanunvericilik çox məhdudlaşdırıcıdır. Hökümət bu qanunları dəyişməlidir və QHT-lərin ölkədə azad şəkildə fəaliyyət göstərə bilməsiləri, onların işlərini görmələri üçün ehtiyacları olan maliyyə dəstəyini ala bilmələrini təmin etməlidir.

Üçüncüsü, təqib və hədələrə son qoyulmalıdır, çünki çox vaxt ədliyyə sisteminin arxasında təqiblər və hədələr baş verir, hökümətin yüksək vəzifəli rəsmiləri qeyri-rəsmi şəkildə insan haqları müdafiəçiləri və siyasi fəallarını təqib edirlər, hədələyirlər. Bu da dəsyişməlidir, bunun üçünsə güclü siyasi iradə olmalı və qərarlar verilməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG