Accessibility links

Leyla İsmayılzadə: “Taleh Bağırova qəzet verilmir”


Taleh Bağırov

Qobustan həbsxanasında saxlanılan Müsəlman Birliyi Hərəkatının lideri Taleh Bağırova abunə olduğu qəzetlərin verilməsi dayandırılıb. Bu barədə o həyat yoldaşı Leyla İsmayılzadə ilə martın 14-də telefon danışığı zamanı bildirib.

Leyla İsmayılzadə
Leyla İsmayılzadə

Bağırov deyib ki, abunə olduğu qəzetlərin dayandırılması martın 7-də Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri ilə görüşündən sonraya təsadüf edib.

“Onlarla söhbət zamanı mənim reaksiyalarım və Milli Şura ilə bağlı dediklərimdən sonra qəzetlərin verilməsi dayandırıldı. Çünki dedilər ki, sənin hər şeydən məlumatın var. İctimai Komitənin üzvləri getdikdən sonra abunəni dayandırdılar. Dedilər yuxarıdan göstəriş verilib”, İsmayılzadə həyat yoldaşına istinadən bildirib.

Təkcə "Yeni Müsavat" və "Hürriyyət" qəzetləri yox, dövlət qəzetləri də verilmir. Talehi xarici aləmdən tamamilə təcrid etmək istəyirlər.
Leyla İsmayılzadə, Taleh Bağırovun həyat yoldaşı

“Təkcə "Yeni Müsavat" və "Hürriyyət" qəzetləri yox, dövlət qəzetləri də verilmir. Talehi xarici aləmdən tamamilə təcrid etmək istəyirlər," Leyla İsmayılzadə Amerikanın Səsinə bildirib.

Bundan əlavə, o, ailəsi ilə telefonla danışan zaman həbsxana nəzarətçisinin yanında dayanıb, söylədiklərini dinlədiyini deyib.

Öz növbəsində Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, məhbusların telefon danışıqlarının dinlənilməsi qanunvericilik normalarına uyğun olaraq həyata keçirilir.

Qəzetlərin verilməsinə gəlincə, bunu "poçt daşınmasında yaranmış problem" ilə izah ediblər.

Taleh Bağırov 2016-cı ilin noyabrında Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı həbs olunub. O, terrorizm və digər ağır cinayətlərdə ittiham olunaraq 20 il azadlıqdan məhrum edilib. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyır.

XS
SM
MD
LG