Accessibility links

Hüquq müdafiəçisi – Leyla Yunus haqqında film [Video]


Leyla Yunus və Arif Yunus məhkməə önündə
Leyla Yunus və Arif Yunus məhkməə önündə

Turan Agentliyi hüquq müdafiəçisi Leyla Yunusun həbsinin xronikasını əks etdirən qısametrajlı sənədli film təqdim edib

Hüquq müdafiəçisi…

Bəzən də onlar qalib gəlsələr də məğlub kimi görünürlər.

Uzun illər Leyla Yunusun fəaliyyəti təkcə hakimiyyətdə yox, bəzi digər hüquq müdafiəçilərində, hətta ictimaiyyətin bir hissəsində qəzəb, qısqanclıq yaradıb, qıcıqlandırıb.

Olduqca, qeyri-ardıcıl, qeyri-rasional və qəti… Öz kəskin bəyanatları və aksiyaları ilə vaxtaşırı bədxahlara rəvac verən Leyla Yunus belə dəyərləndirilirdi.

Onunla razı olmayan həmkarları deyirdilər ki, bu, özünüreklamdır, hakimiyyət isə bunu Qərbin qrantları sayəsində qazanmaq cəhdi adlandırırdı. Bu təqiblərin sonu düşmən kəşfiyyatına işləmək ittihamı, həbs, həbsxanadakı əziyyətlər oldu..

Hüquq müdafiəçisinə diplomat olmaq çətindir. Bunu son illər hakimiyyətin tənqidçilərindən onun müdafiəçilərinə çevrilən, bu gün uğurla əməkdaşlıq edən, şərhlər verən və hökumətin islahatlarını tərifləyən bəzi keçmiş hüquq müdafiəçilərinin taleyi təsdiqləyir.

Hüquq müdafiəçisi peşə deyil, vəzifədir. Belə insan hər zaman mənfəətin və rasionalizmin əleyhinə gedəcək, ədalətsizliklə barışdığını etiraf etmək istəməyənlərin naminə öz təhlükəsizliyi və sağlamlığını riskə atacaq.

Bu qısa film özünün qorxudulmasına imkan verməyən insanın mübarizə salnaməsidir. Bu, öz fikrinə görə ibrət mübarizəsidir.

XS
SM
MD
LG