Accessibility links

Moskvada Leyla və Arif Yunusu müdafiə aksiyası keçirilib


Leyla və Arif Yunusu müdafiə aksiyası
Leyla və Arif Yunusu müdafiə aksiyası

Oktyabrın 9-da Moskvada Azərbaycan səfirliyi qarşısında bir qrup yerli hüquq müdafiəçisi etiraz aksiyası keçirib. Onlar Bakıda həbs edilmiş hüquq müdafiəçisi Leyla və onun həyat yoldaşı, tarixçi alim Arif Yunusa azadlıq tələb ediblər.

Leyla və Arif Yunusu müdafiə aksiyası
Leyla və Arif Yunusu müdafiə aksiyası

Aksiyanın təşəbbüskarı Rusiyanın məşhur hüquq müdafiəçisi Svetlana Qannuşkina olub. Aksiya iştirakçılarından biri - Varvara Parxomenko öz facebook səhifəsində yazıb ki, polis əməkdaşları aksiyaya gəliblər və bütün plakatların məzmununu köçürüblər. Bu zaman hakimiyyət ümumi etiraz aksiyasına icazə verməkdən imtina edərək, yalnız ayrı-ayrı piketlərə icazə verib.

Lakin “polislərin yığıncağı sayəsində” Azərbaycanlı hüquq müdafiəçilərinə dəstək üçün keçirilən ayrı-ayrı piketlər ümumi piket kimi görünüb.

XS
SM
MD
LG