Accessibility links

AŞ baş katibi Leyla Yunusun həbsindən narahatdır


Tyornborq Yanqland
Tyornborq Yanqland

Tyornborq Yanqland bəyanatla çıxış edib

Azərbaycanda iki məşhur hüquq müdafiəçisinin - Leyla Yunusun saxlanılması və onun həyat yoldaşı Arif Yunus barəsində cinayət araşdırması başlanılması haqqında məlumatlardan çox narahatam”, deyə Avropa Şurasının baş katibi Tyornborq Yanqland bildirib.

“Mən xarici işlər naziri Elmar Məmmədyarovla telefon söhbətimdə öz narahatlığımı bildirdim və bu iş üzrə əlavə məlumat və izahat istədim.

Bu iki məşhur vətəndaş cəmiyyəti fəalı barəsində araşdırmanın Avropa Şurasının standartları çərçivəsində aparılacağına ümid edirəm”, deyə Yanqland qeyd edib.

XS
SM
MD
LG