Accessibility links

Leyla Yunus: Əzizim Arif!...


Arif və Leyla Yunus
Arif və Leyla Yunus

Hüquq müdafiəçisi həyat yoldaşına mətbuat vasitəsi ilə məktub ünvanlayıb. Onlar ayrı-ayrı təcridxanalarda saxlanılır, görüşlərinə imlan verilmir

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanan həyat yoldaşı, tarixçi alim Arif Yunusa mətbuat vasitəsi ilə məktub göndərib. Bu Leyla Yunusun həyat yoldaşına həbsdən yazdığı sayca üçüncü məktubudur. Onun həyat yoldaşı ilə görüşməsinə imkan verilmədiyindən məktubunu mətbuat vasitəsi ilə çatdırır.

Məktubda deyilir:

Əzizim Arif.

Bilmirəm, məktubumu alacaqsan, ya yox. Ancaq ümid edirəm ki, nə zamansa onu oxuyacaqsan.

Bilirsən ki, repressiya geniş vüsət alıb: sevimli İntiqamı, Rəsulu, Seymuru tutublar. Cəmiyyəti hansı qorxu hissinin bürüdüyünü təsəvvür etmək çətin deyil. Belə ehtimal vardı ki, repressiyaların genişlənməsi Rusiyanın Ukraynaya qarşı açıq təcavüzü fonunda baş verir. Lakin qışdakı vəziyyətin təhlili göstərir ki, repressiya planı hələ o zaman hazırlanmışdı.

21-ci əsrin əvvəlində Azərbaycan ötən əsrin 30-cu illərinin durumuna düşüb. Stalinin vaxtında olduğu kimi ailəlikcə həbslər başlayıb. Tiran özünü elə aparır ki, sanki nə Avropa Şurası, nə Avropa İttifaqı, nə də digər beynəlxalq təşkilatlar var.

“Siyasət çirkin işdir”, - tezisi İlham Əliyevin dünya üzrə həmkarları və tərəfdaşları arasında qarşılıqlı münasibətlərini aydın şəkildə təsdiqləyir.

Əzizim Arif.

Sən, “mən özümü, öz gücümü, ölkədəki vəziyyətə təsirimi lazımınca qiymətləndirmirəm” söyləməkdə haqlı idin. İndi, həbsdə ikən öz gücümü aydın hiss edirəm, onların məni sındırmaq üçün nə qədər səy göstərdiklərini görürəm, məni səhhətimi qorumaq imkanlarından məhrum edirlər.

Arif, bizim ümumi dostumuz Mark Avreli yazıb: “Həyatımız bizim onun haqqında düşündüklərimizdir”.

Bilirəm ki, sən də, mən də eyni düşünürük. Bilirəm ki, səninlə hər zaman çiyin-çiyinəyəm. Bu vəhşilər, yırtıcılar bizi ayırmağa çalışsalar da biz hər zaman birlikdəyik.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG