Accessibility links

LG Group-un sədri 73 yaşında vəfat edib


Cənubi Koreyanın dördüncü ən böyük konqlomeratı – LG Group-un sədri Ku Bon-mu bazar günü vəfat edib.

LG Group-un yaydığı bəyanatda bildirilir ki, 73 yaşlı Ku uzun müddət idi ki, xəstəliklə mübarizə aparırdı.

“1995-ci ildə, LG şirkətinin üçüncü sədri vəzifəsinə 50 yaşında gələn Ku üç əsas biznes istiqamətinin – elektronika, kimyəvi məhsullar və telekommunikasiya istiqamətlərinin əsasını qoyaraq, LG-ni qlobal şirkətə çevirməyə nail oldu və Cənubi Koreyanın sənayə rəqabətliliyinə və milli iqtisadi inkişafına töhvəsini verdi.” – deyə, bəyanatda bildirilir.

Şirkət rəsmisi deyib ki, Kunun sağlamlığında bir ilə yaxındır ki, çətinliklər var idi və o, tibbi əməliyyatdan keçmişdi.

Sədrin ölündən sonra LG Group-a nəzarətin Ku Kvanq-moya keçəcəyi ehtimal edilir. O, şirkətə nəzarət edən ailənin dördüncü nəslindəndir və korporasiyanın altı faiz səhmlərinə sahibdir.

XS
SM
MD
LG