Accessibility links

“Xoş gəldiniz, qaçqınlar!” [Video]


“Xoş gəldiniz, qaçqınlar!”
please wait

No media source currently available

0:00 0:02:00 0:00

Öz ölkəsində Luis kimi tanınan gənc cinsi mənsubiyyətinə görə təqiblərə məruz qalmışdı. O, daha tolerant yaşayış yeri axtarmaq üçün vətəni Malini tərk etməli olub. “Xoş gəldiniz, qaçqınlar!” assosiasiyası onun Parisdə məskunlaşması üçün yardım edəcək cütlüklə tanış edir.

Doğma vətəni Malidə cinsi mənsubiyyətinə görə ciddi təqiblərə məruz qalan və LGBT-nin öhdəliklərinə sadiq qaldığı üçün Luis indi Parisin gözəlliyini fəth edir.

Luis Malidə qeyri-hökumət təşkilatinin HİV və GİCS xəstəliklərinin yayılmasının qarşısının alınması üçün məlumatlandırma şöbəsinə başçılıq edirdi.

Lakin günlərin birində qonşusu ona zəng edib evə getməməsi barədə xəbərdarlıq edib. Qonşusu ona bir nəfərin onu gözlədiyini və həmin şəxsin onu öldürəcəyinə and içdiyini bildirib. "Düşünürəm ki, digər mədəniyyətlərə və tolerantlığa açıq olmaq vacibdir. Beləliklə, biz daha yaxşı dünya, sülh dünyası qururuq.”

Xoşbəxtlikdən Luis haqda xəbəri parisli cütlük “Xoş gəldiniz, qaçqınlar!” assosiasiyasından alır. “Mən Parisə, onların evinə gəldikdə qapıda “Xoş gəldin, Luis!” sözləri yazılmışdı” deyə, Luis bildirir.

Armand və Kristof da son illər qapılarını mühacirlərə açan bir çox avropalı kimi hərəkət edib.

Luis, Armand və Kristofun şəkillərini bütün Avropa boyu ev sahibləri və qaçqınlar haqda danışan “Doğma Yad Yerlər!" adlı foto-sərgidə görmək olur.

Luisə gəldikdə isə o, hazırda uşaq ikən xəyallarında yaşadığı bir həyat yaşayır. “Mən uşaq olanda məktəbdə müəllim bizdən nə arzu etdiyimizi soruşardı. Mən Eyfel Qülləsini görmək istədiyimi deyərdim. İndi mən Parisdə, Eyfel Qülləsinin yaxınlığında yaşayıram.”

Afrika ölkələri dünyada homoseksuallığa qarşı ən sərt qanunlara malikdir. Bu ölkələrin çoxunda homoseksuallıq cinayət sayılır, həbs və ölüm cəzasına qədər cəzalar verilirır.

“Xoş gəldiniz, qaçqınlar!” kimi proqramlar isə Luis kimi insanlara azad və qorxusuz yaşamalarına imkan verir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG