Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Vaşinqtonda rəsmi səfərdədir. Səfəri çərçivəsində o, bir çox görüşlər keçirib və Azərbaycanın İnformasiya və Kommunikasiya Texnologiyasına dair forumda iştirak edib. Nazir görüşlərinin nəticələri barədə Amerikanın səsinə açıqlama verib. Əli Abbasov habelə Avroviziya 2012 müsabiqəsinə hazırlıqla bağlı danışıb.