Accessibility links

Əli Əkbər Salehi:"Beynəlxalq Atom Enerjisi Agentliyi etibarını itirib "


İranın nüvə agentliyinin rəhbəri Beynəlxalq Atom Enerjisi Agentliyinin direktorunun bəyanatından sonra agentliyin etibarını itirdiyini bildirib. Əli Əkbər Salehi qurumun rəhbəri Yukiya Amanonun çıxışını təhlükəli və yanlış adlandırıb

İranın nüvə agentliyinin rəhbəri Beynəlxalq Atom Enerjisi Agentliyinin direktorunun bəyanatından sonra agentliyin etibarını itirdiyini bildirib. Əli Əkbər Salehi qurumun rəhbəri Yukiya Amanonun çıxışını təhlükəli və yanlış adlandırıb. Dünən BMT-nin baş nüvə müfəttişi Yukiya Amano İranın iki təcrübəli nüvə müfəttişini ölkəyə buraxmamaq qərarına görə təəssüfünü dilə gətirmişdi. Amano bildirmişdi ki, İranın bu addımı agentliyin təhqiqatlarına maneə törədir. İran bu iki müfəttişi agentliyə yanlış məlumat verməkdə ittiham edir. Yukiya Amano isə müfəttişlərin professionallığı və qərəzsizliyindən əmin olduğunu deyib.

XS
SM
MD
LG