Accessibility links

Li Litzenberger: “Azərbaycan NATO-nun vacib və etibarlı tərəfdaşıdır”


Li Litzenberger

ABŞ-ın Azərbaycandakı səfiri Azərbaycan-NATO tərəfdaşlığından danışıb

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger bu həftə qeyd olunan NATO-un yaradılmasının 70-ci ildönümü və təşkilatın Azərbaycanla apardığı "vacib tərəfdaşlıq" barədə fikirlərini yayıb.

Səfir çıxışına “NATO təşkilatını 70-ci ildönümü münasibətilə təbrik edirik!” sözləri ilə başlayıb.

Onun ABŞ-ın Azərbaycandakı Səfirliynin facebook səhifəsində yayımlanmış nitqində deyilir.

“Bu həftə NATO-nun yaradılmasının 70-ci ildönümünü qeyd edirik. NATO-nun yaradılmasının səbəbi təşkilata üzv dövlətlərin demokratiya, fərdi azadlıq, qanunun aliliyi prinsipləri zəminində qərarlaşan azadlığını, birgə mirasını və mədəniyyətini qorumaqdır. Sözügedən missiya 1949-cu ildə olduğu kimi, bu gün də vacibliyini itirməyib və bu missiyanın həyaya keçirilməsi yalnız NATO üzvlərinə deyil, digər dövlətlərə də bəhrə verir.

NATO ilə tərəfdaşlıq Azərbaycanın Əfqanıstana göndərdiyi hərbçilər və təchizat marşrutları, qlobal terrorçuluğa və narkotik daşınmalarına qarşı aparılan fəaliyyətdə verdiyi töhfələrdə əksini tapır.
Li Litzenberger, ABŞ səfiri

Azərbaycan NATO-nun vacib və etibarlı tərəfdaşıdır. Bu tərəfdaşlıq Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin dəstəklənməsi üçün göndərdiyi hərbçilər və təmin etdiyi təchizat marşrutları, həmçinin Azərbaycanın qlobal terrorçuluğa və narkotik daşınmalarına qarşı aparılan fəaliyyətdə verdiyi töhfələrdə öz əksini tapmışdır.

ABŞ-ın Azərbaycandakı Səfirliyində çalışdığımız zaman biz dövlətimizin NATO çərçivəsində tərəfdaşı qismində birgə işləmələri və dünyada sülhün, sabitliyin qorunması naminə fəaliyyət göstərmələri üçün yeni imkanlar axtarırıq," cənab Litzenberger qeyd edib.

XS
SM
MD
LG