Accessibility links

Li Litzenberger: ABŞ-ın demokratiya sahəsində mesajları kifayət qədər aydındır


ABŞ səfiri Li Litzenberger

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbrger Azərbaycanın CBC televiziyasına müsahibəsində təhlükəsizlik sahəsində əməkdaşlıq daxil olmaqla ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlıq, iqtisadi və işgüzar əlaqələr və demokratik inkişafa dair ortaq maraqlar haqqında danışıb.

Səfir Li Litzenberger bildirib ki, ABŞ-Azərbaycan münasibətləri üç fundamental istiqamətdə qurulub - təhlükəsizlik, demokratiya və iqtisadiyyat, xüsusilə energetika.

Son iki il ərzində ABŞ Azərbaycanın təhlükəsizliyi sahəsinə 100 milyon dollardan çox investisiya yatırımını təsdiq edib.

“Təkcə son iki il ərzində ABŞ Azərbaycanın təhlükəsizliyi sahəsinə 100 milyon dollardan çox investisiya yatırımını təsdiq edib. Azərbaycan tərəfi qoyulan sərmayəni terror təhlükəsizliyinə qarşı mübarizə işinə, enerji infrastrukturunun təhlükəsizliyinin təminatına yönəldib. Biz müxtəlif istiqamətlərdə, o cümlədən rəqəmsal təhlükəsizlik sahəsində əalqələrimizi gücləndiririk. Azərbaycan həmçinin NATO-nun Əfqanıstanda sülhməramlı missiyasının tərəfdaşıdır. Təhlükəsizlik bizim əməkdaşlığımızın çox vacib istiqamətidir,” o qeyd edib.

ABŞ səfiri demokratiyadan danışarkən deyib ki, ABŞ-ın demokratiya sahəsində mesajları kifayət qədər aydındır.

“Biz inanırıq ki, insan haqları və qanunun aliliyinə hörmət Azərbaycanın sosial, iqtisadi və siyasi sahədə daha böyük uğurlar əldə etməsinə kömək edəcək. Bu hər bir ölkədə, o cümlədən də Azərbaycan və ABŞ-ın müasir cəmiyyətinin fundamental əsasını təşkil edir. İnanırıq ki, açıq, inkluziv və sərbəs cəmiyyət hər ölkədə uzunmüddətli sabitlik üçün əsasdır. Həmçinin, əməkdaşlığımızın inkişafı üçün ən yaxşı yoldur,” o deyib.

İqtisadiyysat sahəsində əməkdaşlıqdan danışarkən Litzenberger ilk öncə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin fəaliyyətini qeyd edib.

“Bu qurum ABŞ-Azərbyacan Ticarət Palatası ilə birlikdə iki ştatda,- İlinoys və Oklahomoda aqrar sahədə şox vacib missiya həyata keçirib. Bu missiyalar Azərbaycan və ABŞ biznesləri arasında yeni əlaqələrin yaranmasına xidmət edib. Nəticədə iki dövlət arasınd ticarət dövriyyəsi bir milyon dollardan artıq olub. Biz həmçinin qeyri-neft sektorunda iqtisadiyyatın diversifikasiyasına çalışırıq. Bu sizin də maraqlarınıza uyğundur. Yalnız aqrar sahədə yox, həmçinin turizmi, mədəniyyət və informasiya texnologiyaları sahələrində şaxələndirmənin aparılması vacibdir.”

Səfir bildirib ki, Azərbaycana gələndən sonra fokuslandığı məsələlərdən biri də əqli mülkiyyətin qorunması ilə bağlıdır.

“Bu, kibertəhlükəsizliyi də inkişaf etdirir və investorların məxfiliyini qoruyur. Biz bu istiqamətdə də yetərincə inkişafa nail olmuşuq. Bu ilin mayında Amerika Ticarət Palatasının üzvü olan beş yüzdən artıq şirkət yalnız lisenziyalı proqram təminatından istifadə etmək qərarına gəlib. Bu dövlət strukturlarına da aiddir. Məqsəd dövlətin informasiya bütövlüyünün və fərdi məlumatların təhlükəsizliynin təmin olunmasıdır. Ümid edirəm ki, bu istiqamərdə inkişaf davam edəcək.”

ABŞ səfiri iqtisadiyyatdan danışarkən həmçinin qeyd edib ki, bu il Azərbyacan üçün tarixi bir hadisə baş verəcvək.

“İlk dəfə olaraq Azəbaycan qazı Cənub Qaz Dəhlizi vasitəsi ilə Qərbi Avropaya ötürüləcək. Sizin peşəkar təcrübənizi nəzərə alaraq qısa bir müddətdə ikitərəfli əlaqələrin inkişafı üçün mühüm işlər görməyiniz təsadüfi deyil.”

Çox mühümdür ki, tərəflər mövcud infrastrukurlara zərər yetirəcək addımlar atmasınlar. Bu kiminsə marağında olmamalıdır, heç bir ölkənin hərbi strategiyası olmamalıdır.

O, koronavirus pandemiyasının iki dövlət arasında əlaqələrə, o cümlədən rəsmi görüşlərin keçirilməsinə mənfi təsir etdiyi qənaətindədir. Bununla yanaşı, Litzenberger deyib ki, ABŞ Azərbaycana COVID-19-un yaratdığı böhranla mübarizə məqsədi ilə 4 milyon dollardan artıq yardım edib.

ABŞ səfiri Qarabağ münaqişəsi ilə bağlı sualların cavabında deyib ki, münaqişə artıq 30 ildir mövcuddur.

“Çox mühümdür ki, tərəflər mövcud infrastrukurlara zərər yetirəcək addımlar atmasınlar. Bu kiminsə marağında olmamalıdır, heç bir ölkənin hərbi strategiyası olmamalıdır. Hesab edirik ki, tərəflər atəşkəs rejimini pozmamalı və münaqişənin eskalasiyasının qarşısını almalıdırlar. Təəssüf ki, bu təxribatlar asanlıqla nəzarətdən çıxa bilər.”

ABŞ səfiri hesab edir ki, münaqişənin həlli Azərbaycanla Ermənistandan asılıdır.

“Münaqişənin sülh yolu ilə həllində əsas rolu Azərbaycanla Ermənistan oynayır. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri olaraq hər iki ölkənin bir araya gəlib, real danışıqlar aparmasının tərəfdarıdır. Bu münaqişənin həllində əsas elementdir,” o qeyd edib.

Şərhlərə bax

XS
SM
MD
LG