Accessibility links

Li Litzenberger: ABŞ Azərbaycanda təhlükəsizliyin gücləndirilməsi üçün 100 milyon dollar yardım edib


ABŞ səfiri Li Litzenberger

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Li Litzenberger bu həftə Bakıda keçirilən 2020-ci ilin Regional Enerji Təhlükəsizliyinə dair simpoziumda çıxış edib. Səfir bildirib ki, tədbir artıq üç ildir keçirilir.

ABŞ səfirinin çıxışını təqdim edirik:

Keçən il tədbirdə iştirak edərək Azərbaycanın suverenliyinə, müstəqilliyinə və Avropada enerji təhlükəsizliyinə verdiyi töhfələrinə dair ABŞ-ın öhdəliyini yenidən vurğulamaqdan məmnun olmuşdum.

Mən Dənizçilik Məktəbinə, ADA Universitetinə, SOCAR və BP şirkətlərinə göstərdikləri davamlı əməkdaşlığa görə öz təşəkkürümü bildirirəm.

Misli görünməmiş çağırışlar baxımından yaşadığımız il çətin olmuşdur. Lakin qeyd etmək istəyirəm ki, bu günki simpoziumun mövzusu olan enerji və təhlükəsizlik məsələlərinin bir araya gəlməsi həmişə olduğu kimi vacib və önəmli məsələdir.

Azərbaycanla qurduğumuz ikitərəfli münasibətlər təhlükəsizlik sahəsində əməkdaşlıq, iqtisadi və enerji əməkdaşlığı, insan haqları və qanunun aliliyinə hörmət kimi üç əsas sütun üzərində qurulmuşdur.

Amerika Birləşmiş Ştatlarının NATO-ki Missiyasının Rəhbərinin Müavini və ABŞ-ın Hərbi və Siyasi Məsələlər üzrə Bürosunun rəsmisi kimi yüksək vəzifələrdə çalışdığım vaxt mən NATO-nun və ABŞ-ın Enerji Təhlükəsizliyi Mərkəzi və hərbi təhsil məktəbləri vasitəsitəçiliyindən istifadə edərək enerji məsələrinin ön plana çəkmələrinin görmüşəm.

Bizim çatdırmaq istədiyimiz ismarıc aydın və davamlıdır: Azərbaycanın Avropa və qlobal enerji təhlükəsizliyinə və sabitiyinə verdiyi töhfə tərəfimizdən yüksən qiymətləndirilən müsbər öhdəliyin nümunəsidir.

Bir məqamı vurğulamaq istəyirəm: Birləşmiş Ştatlar Azərbaycanın Sovet İttifaqından ayrilandan sonra sonra əldə etdiyi müstəqilliyini, sabitliyini, və rifahını tam dəstəkləyir.

Azərbaycanla qurduğumuz ikitərəfli münasibətlər təhlükəsizlik sahəsində əməkdaşlıq, iqtisadi və enerji əməkdaşlığı, insan haqları və qanunun aliliyinə hörmət kimi üç əsas sütun üzərində qurulmuşdur.

Adını çəkdiyim sahələrin biri olan təhlükəsizlik üzrə əməkdaşlıq bu həftə keçirilən tədbirin mövzusudur. Hazırda Birləşmiş Ştatlar və Azərbaycan arasında davamlı təhlükəsizlik təşəbbüsləri mövcuddur ki, bunların sayəsində sərhəd təhlükəsizliyi, Xəzər Dənizində mühüm infrastrukturunun mühafizəsi, kibertəhlükəsizlik və transmilli terrorçuluğa qarşı mübarizə sahələrində gücləndirici fəaliyyətlər həyata keçirilir.

Hazırda Birləşmiş Ştatlar və Azərbaycan arasında davamlı təhlükəsizlik təşəbbüsləri mövcuddur ki, bunların sayəsində sərhəd təhlükəsizliyi, Xəzər Dənizində mühüm infrastrukturunun mühafizəsi, kibertəhlükəsizlik və transmilli terrorçuluğa qarşı mübarizə sahələrində gücləndirici fəaliyyətlər həyata keçirilir. 

Son iki ildə Birləşmiş Ştatlar Azərbaycana təhlükəsizliyin gücləndirilməsi üçün 100 milyon ABŞ dolları məbləqində yardım ayırmışdı. Bu məbləqin təxminən yarısı Xəzər Dənizində nəzərət avadanlığı, kiçik gəmilər, və dəniz infrastrukturunun təhlükəsizliyini və qörunmasını gücləndirən təlimlər keçirilməsi üçün istifadə olunur.

ABŞ-ın Azərbaycana zəngin enerji ehtiyyatlarının dünya bazarlarına çatdırılmasında və Avropada enerji təchizatının diversifikasıyasında göstərdiyi səyə verdiyi dəstək bizim dövlətlərimizin iqtisadi və enerji əməkdaşlığının zəminini təşkil edir.

Birləşmiş Ştatlar anlayır ki, Azərbaycan hazırda Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə əsasən neft ixrac edən dövlətdən daha çox təbii qaz ixrac edən dövlətə keçid dövrünü yaşayır. Azərbaycan həm də qeyri-neft iqtisadiyyatının diversifikasiyasına yönələn fəaliyyətləri həyata keçirməkdədir.

Bizim Cənub Qaz Dəhlizi layihəsinə verdiyimiz dəstək 90-cı illərin sonunda Bakı-Tiflis-Ceyhan (BTC) kəmərinə verdiyimiz dəstəyin zəminində qərarlaşır. O zaman mən Qazaxstanda çalışırdım və orada BTC-ə bənzər təşəbbüslər üzərində islədiyimiz üçün sözügedən layihə barədə məlumatım var idi.

Amerika şirkətləri 1994-cü ildə imzalanan və Azərbaycanın zəngin enerji ehtiyyatlarının işlənməsini nəzərdə tutan Əsrin Müqaviləsində ən geniş şəkildə iştirak etmişlər. Biz Azərbaycanın iqtisadi inkişafı üçün milyardlarla ABŞ dolları dəyərində olan sərmayələrimizi yatırmağa davam edirik.

Keçən il biz sözügedən müqavilənin imzalanmasının 25-ci ildönümünü qeyd etmiş və gələcəkdə görüləcək işlərə dair üzərimizə götürdüyümüz öhdəliyə sadiq olduğumuzu vurğulamışdıq. Cənub Qaz Dəhlizi kəmərinə bənzəyən meqalayihələr geo-siyasi baxımdan unikaldır. Dəyəri milyardlarla ölçülən və minlərlə kilometr məsafədə yaşayan insanların həyatlarına təsir edən layihələrın uğuru müxtəlif hökumətlərin və özəl şirkətlərin uzunmüddətli birgə fəaliyyətindən asılıdır.

Cənub Qaz Dəhlizi layihəsi Rusiyanın xaricində hasil olunan qazın şərqdən qərbə ixracını reallaşdıran ilk layihədir. Layihənin tamamlanması Azərbaycanın həm enerji təchizatçısı, həm də Avropada enerji təhlükəsizliyinin təminatçısı kimi irəliləməsinə imkan yaradacaq.


Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində çalışan dövlətlərin suverenliyi və müstəqilliyi üçün strateji mahiyyət təşkil edir habelə müttəfiq və tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Fürsətdən istifadə edərək mən Birləşmiş Ştatların Cənub Qaz Dəhlizi layihəsinə qatılan dövlət və şırkətlərə göstərdiyi dəstəyi yenidən vurğulamaq istəyirəm.

Bu layihə Rusiyanın xaricində hasil olunan qazın şərqdən qərbə ixracını reallaşdıran ilk layihədir. Layihənin tamamlanması Azərbaycanın həm enerji təchizatçısı, həm də Avropada enerji təhlükəsizliyinin təminatçısı kimi irəliləməsinə imkan yaradacaq.

Cənub Qaz Dəhlizinın tamamlanması demək olar ki, başa çatır və biz artıq bu layihənin genişləndirilməsinə, yəni Xəzər hövzəsinin digər qaz ehtiyyatlarının ixracına yol açan imkanlar barədə düşünməliyik.

Enerji təhlükəsizliyi məsələsinə xüsusilə toxunmaq istəyirəm. Birləşmiş Ştatlar enerji təhlükəsizliyi məsələsini milli təhlükəsizlik məsələsi kimi qəbul edir.

Enerji təchizatında yaranan məcburi fasilələr mühüm və zərərli təsirə malikdir. Texniki qüsurlar, təbii fəlakətlər, sabotaj əməlləri, və ya təchizatçı tərəfindən verilən qərarlar müəyyən çağırışların gündəmə gəlməsinə səbəb ola bilər.

Bunun hamısı bir tərəfdən mühüm infrasrukturun mühafizəsinin gücləndirilməsi, digər tərəfdən isə qlobal qaz bazarının inkişafına dair ehtiyyacın olduğunu göstərir. İllər boyu kommersiya və strateji tərəfdaşları ilə birgə işləyən Azərbaycan davamlı infrastrukturunun qurulmasında uğur qazanmışdır.

Kiber təhlükəsizlik enerji infrastrukturunun təhlükəsizliyinin vacib elementidir. Vurğulamaq istəyirəm ki, Birləşmiş Ştatlar məhz bu sahəyə küllü miqdarda vəsait xərcləməyi davam edir.

Gücləndirilmiş infrastruktur əhalini potensial iqtisadi sarsıntılardan və real təhlükələrdən qoruya bilər. Azad bazarlar isə dünyada iqtisadi inkişafa təkan verir və enerji təchizatını siyasi məqsədlər üçün istifadə olunmamasını təmin edir.

Mühüm infrastrukturun qorunmasının vacib hissəsi olaraq mən Azərbaycanda intellektual mülkiyyət hüquqlarının müdafiəsinin gücləndirilməsi məsələsini dəfələrlə vurğulamışdım. Amerika Ticarət Palatası bizə söz vermişdir ki, qurumun üzv şirkətləri yalnız lisenziyalaşdırılmış proqramlardan istifadə edəcək. Lakin bu sahədə görüləsi çox işlər var.

Kiber təhlükəsizlik enerji infrastrukturunun təhlükəsizliyinin vacib elementidir. Vurğulamaq istəyirəm ki, Birləşmiş Ştatlar məhz bu sahəyə küllü miqdarda vəsait xərcləməyi davam edir.

Biz Azərbaycanı intellektual mülkiyyət hüquqlarının təmin olunmasi və potensial hücumlara qarşı sistemini gücləndirilməsi məsələlərinə prioritetlə yanaşmağa çağırırıq.

Sonda qeyd etmək istəyirəm ki, enerji sektorunun inkişafı Azərbaycanın transformasiyasını təmin etmişdir və dövlətin liderləri və siyasətçiləri mürəkkəb coğrafi və enerji mühitində fəaliyyət göstərərək bugünki uğuru əldə etmişlər.

Birləşmiş Ştatlar dünyada etibarlı enerji təchizatçısı rolunu inkişaf etdirən Azərbaycana öz dəstəyini verməyə hazırdır.

XS
SM
MD
LG