Accessibility links

Li Litzenberger: ABŞ Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında çox maraqlıdır


ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger

ABŞ səfiri Facebook vasiəsi ilə canlı efirdə suallara cavab verib

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger noyabrın 19-da Facebook vasitəsi ilə canlı efirdə sualları cavablandırıb.

Suallar əsasən Dağlıq Qarabağ münaqişəsi, təhsi, demokratiya, insan hüquqları, viza və iqtisadi məsələlərlə bağlı olub.

Cənab Litzenbergerin Dağlıq Qarabağ münaqişəsi, demokratiya və insan haqları ilə bağlı suallara cavabını təqdim edirik.

Sual: Əgər ABŞ-ın mövqeyi ədalətlidirsə, hansı səbəbdən Ermənistana sankiyalar tətbiq etmir? Nəyə görə ABŞ Azərbaycanın ərazisini işğal edən Ermənistana maliyyə yardımı göstərir?

Razılaşdırılmış sülh müqaviləsi əsas olaraq güc və ya gücün istifadə olunmaması prinsipinə əsaslanmalıdır. İkinci prinsip ərazi bütövlüyünə göstərilən hörmət prinsipi olmalıdır.


Li Litzenberger: Sizi əmin edə bilərəm ki, ABŞ üçün Dağlıq Qarabağ münaqişəsi məsələsi böyük önəm kəsb edir. Qeyd edim ki, istənilən görüşümdə mən bu məsələni müzakirə edirəm. Sualınızın cavabında onu da qeyd etmək istərdim ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biridir. Bu qismdə çıxış edərkən ABŞ iki tərəflə birgə fəaliyyət göstərir və Dağlıq Qarabağ münaqişəsinin dinc həll yolunun tapılması istiqamətində öhdəliyinə sadiqliyini bildirir. Bizim bu sahədəki fəaliyyətimiz Helsinki Yekun Aktının prinsiplərinə əsaslanır. Bu sırada üç prinsipi qeyd etmək istərdim. Razılaşdırılmış sülh müqaviləsi əsas olaraq güc və ya gücün istifadə olunmaması prinsipinə əsaslanmalıdır. İkinci prinsip ərazi bütövlüyünə göstərilən hörmət prinsipi olmalıdır. Üçüncü prinsip ondan ibarətdir ki, insanların öz müqəddaratını müəyyənləşdirmək haqqına hörmətlə yanaşılmalıdır. Əminəm ki, bu prinsiplər barədə məlumatları artıq eşimisiniz. Sadəcə olaraq yenidən qeyd etmək istərdim ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında çox maraqlıdır. Biz iki tərəflə danışıqlar apararaq, hər iki tərəfin bir araya gəlib münaqişənin həll yolunu tapmasına yardım edirik. Bu istiqamətdə hər hansı tərəfin üzərinə sanksiya qoymaq əvəzinə, biz iki tərəflə də işləyirik. Bunu da qeyd edim ki, ABŞ iki tərəfə də maliyyə yardımları göstərib. 1992-ci ildən bəri ABŞ Azərbaycana 1,5 milyard dollardan artıq yardım göstərib ki, bu da Azərbaycan cəmiyyətinin müxtəlif sahələrində istifadə olunub. Yardımlar səhiyyə, kənd təsərrüfatı, iqtisadi inkişaf, təhsil, təhlükəsizlik və başqa sahələri əhatə edib. Biz Azərbaycana yardım etməklə münaqişənin fəsadlarının aradan qaldırılmasına və inkişafına təminat vermək istəyirik.

Li Litzenberger canlı efirdə sualları cavablandırır
Li Litzenberger canlı efirdə sualları cavablandırır

Sual: ABŞ Azərbaycan hökumətinə qanunun aliliyinin təminatında və demokratik dəyərlərə hörmətlə yanaşmasında təzyiq göstərə bilərmi?

Azərbaycana daha çox, daha artıq xarici sərmayə cəlb etmək istədiyi təqdirdə qanunun aliliyinə, insan haqlarına hörmətlə yanaşmaq lazımdır. Eyni zamanda, bu sıraya toplaşmaq və söz azadlığı da daxildir.


Li Litzenberger: Qanunun aliliyinin təminatı və demokratik dəyərlərə hörmətlə yanaşma uğurlu və sağlam cəmiyyət və eyni zamanda iqtisadi artım üçün çox zəruri amillərdən biridir. Sözügedən dəyərlər eyni zamanda istənilən digər dövlətdə olduğu kimi Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşmasına xidmət edir. Sözügedən amillər eyni zamanda bizim Azərbaycanla fəaliyyət göstərdiyimiz vaxtda əsas məqsədlərimizdən biri olan Azərbaycanın iqtisadi inkişafıdır və bu iqtisadi inkişafa da təsir edən amillərdən biridir. Misal üçün, xarici şirkətlər ümumiyyətlə fəaliyyət göstərdikləri zaman öz işçilərinin hüquqlarına çox böyük dəyər verirlər. Görüşlərim zamanı Azərbaycan hökumətindəki həmkarlarıma hər zaman deyirəm ki, Azərbaycana daha çox, daha artıq xarici sərmayə cəlb etmək istədiyi təqdirdə qanunun aliliyinə, insan haqlarına hörmətlə yanaşmaq lazımdır. Eyni zamanda, bu sıraya toplaşmaq və söz azadlığı da daxildir. Tamamilə əminəm ki, ümumiyyətlə insanların konstitusiya tərəfindən təmin olunan hüqüqlarına hörmətlə yanaşılma Azərbaycanın müstəqilliyinə, firəvanlığına və iqtisadi inkişafına təkan verir.

Sual: On il bundan öncə ABŞ-ın müxalifət nümayəndələrinə, vətəndaş cəmiyyətinin fəallarına, siaysi məhbuslara qarşı olan repressiyara münasibəti daha sərt idi. Sadəcə, son vaxtlar gördüyümüz reaksiyalar kifayət qədər kəskin deyil. Bu nə deməkdir? O demək deyilmi, ABŞ-ın bu kimi məsələlərə münasibətini dəyişib?

ABŞ dünyanın müxtəlif dövlətlərində qanunun aliliyi və demokratik dəyərlərin irəliləməsini təmin etmək istəyir. Bu, ABŞ-ın Azərbaycandakı Səfirliyinin də əsas məqsədlərindən biri olaraq qalır.


Li Litzenberger: ABŞ dünyanın müxtəlif dövlətlərində qanunun aliliyi və demokratik dəyərlərin irəliləməsini təmin etmək istəyir. Bu, ABŞ-ın Azərbaycandakı Səfirliyinin də əsas məqsədlərindən biri olaraq qalır. Bu bizim ismarıcımızdır. Bu ismarıcı həm fəaliyyədə olan Azərbaycan hökumətinin nümayəndələrinə, eyni zamanda azərbaycanlılara çatdırmağın müxtəlif yolları var. Əslində, biz bu cür müzakirələrə qatıla bilərik və bu müzakirələr ya açıq, ya da özəl şəkildə həyata keçirilə bilər. Hazırda bizim qatıldığımız canlı yayım da bu ünsiyyətin bir növüdür. Biz bu yaxınlarda etdiyimiz kimi, lazım duyulan məqamda ictimaiyyət üçün bir bəyanatla çıxış da edə bilərik. Lakin elə məqamlar da ola bilər ki, öz ismarıclarmızı daha özəl şəraitdə çatdırmağa üstünlük verək. Yekunda demək istərdim ki, ABŞ müstəqil, suveren və firəvan Azərbaycanın inkişafını dəstəkləyir. Bu baxımdan sözügedən dəyərlər çox vacibdir.

XS
SM
MD
LG