Accessibility links

Li Litzenberger: ABŞ-la Azərbaycan arasında ikitərəfli əlaqələri daha da gücləndirmək niyyətindəyəm


ABŞ səfiri Ermənistan-Azərbaycan münaqişəsindən də danışıb

"Mən çox şadam ki, münaqişə tərəfləri arasında təmaslar davam etdirilir və növbəti görüşün vaxtı təyin olunub. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin məqsədi tərəflərin bir araya gəlib, indi onları ayrı salan fikir ayrılıqları üzərində işləyərək irəli getməsi üçün lazımi mühitin, şəraitin yaradılması və dəstəyin göstərilməsidir.”

Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger aprelin 11-də jurnalistlərin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı sualının cavabında bildirib.

Li Litzenberger: ABŞ-la Azərbaycan arasında ikitərəfli əlaqələri daha da gücləndirmək niyyətindəyəm
please wait

No media source currently available

0:00 0:02:51 0:00

Azərbaycanla Ermənistan liderlərinin Vyana görüşü, habelə aprelin 15-də iki ölkənin xarici işlər nazirləri arasında Moskvada keçirilməsi gözlənilən görüşdən danışan səfir bildirib ki, məqsəd sülhü görməkdir.

“Məqsədimiz sülhə nail olmaqdır ki, bu mesaj da sərhədləri aşan, hamıya aid olan ümumbəşəri amaldır.”

Li Litzenberger Amerikanın Səsinin səfir kimi misiyasında insan hüquqları, təhlükəsizlik və ya enerji təhlükəsizliyi məsələlərindən hansınsın prioritet olacağı ilə bağlı sualının cavabında deyib ki, missiyası dövründə bir sıra məsələlərə nail olacaq.

“Bunların arasında ABŞ-la Azərbaycan arasında artıq mövcud olan ikitərəfli əlaqələri daha da gücləndirmək niyyətindəyəm. Dediyiniz bütün sahələr önəmlidir. Mən çalışacam ki, ölkələrimiz arasındakı təmasları daha da sıx edim. Mən məqsədlərimi qeyd etmək istəyirəm. Mən əlimdən gələni edəcəm ki, ölkələrimiz və ölkələrimizin vətəndaşları arasında mübadilə artsın, onlar bir-birilərini, bir-birilərinin mədəniyyətlərini daha yaxından tanısınlar. Eyni zamanda Azərbaycanın hər yerində gənclərin və ümumi vətəndaşların ingilis dilinin tədrisinə çıxışının artmasını, ingilis dilinin tədrisinin yaxşılaşmasına çalışacam” , səfir qeyd edib.

XS
SM
MD
LG