Accessibility links

Li Litzenberger: Azərbaycanın sərhədlərinin təhlükəsizliyini təmin etməyə yardımla bağlı ABŞ-ın proqramı var


Biz Azərbaycan və İran arasındakı gərginliyi yaxından izləyirdik və bu vəziyyətdən çox narahat idik.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer bu gün, noyabrın 22-də yerli media üçün keçirdiyi brifinqdə bildirib.

“Azərbaycan yeganə ölkədir ki, həm Rusiya, həm də İranla həmsərhəddir və bu coğrafi şərait bəzən problemlər yarada bilir. Çox şadıq ki, artıq vəziyyət sabitləşib. Görünən odur ki, münasibətlər normala dönüb və İran bu istiqamətdə addımlar atıb, öz xəttini vəziyyətə uyğunlaşdırıb və kursunu dəyişib. Biz Azərbaycan üçün sabit, münaqişəsiz sərhədlər görmək istəyirik," o qeyd edib.

Görünən odur ki, münasibətlər normala dönüb və İran bu istiqamətdə addımlar atıb, öz xəttini vəziyyətə uyğunlaşdırıb və kursunu dəyişib.

Xatırladaq ki, ötən aylarda İrandan Ermənistana yük aparan avtomobillərin sonradan Rusiya sülhməramlılarının nəzarətində olan postlardan keçməklə Azərbaycanın ermənilər yaşayan Xankəndi şəhərinə gəlməsi iki ölkə arasında narazılıq yaratmışdı. Azərbaycan tərəfi rəsmi Tehrana etiraz notası təqdim edib. Daha sonra Azərbaycan prezidenti narazılığını bəyan edib. Bu, İran tərəfindən etirazla qarşılanıb və İran Silahlı Qüvvələri Azərbaycanın azad edilmiş ərazisi ilə həmsərhəddə hərbi təlimlər keçirib. Nəhayətdə, İran tərəfi bu ölkənin Nəqliyyat Agentliyinə xəbərdarlıq edib ki, Azərbyacanın icazəsi olmadan onun ərazisinə yük aparan sürücülər cəzalandırılacaq. Bununla da münasibətlərdə normallaşma müşahidə edilib və bu gün, noyabrın 22-də İran tərəfi iki ölkənin prezidentlərinin görüşünün gözlənildiyini bildirib.

ABŞ səfiri vurğulayıb ki, ötən il münaqişədən bəri cənub sərhədlərində (Azərbaycanın İranla sərhədi nəzərdə tutulur-red) narkotik qaçaqmalçılığında artım müşahidə edilib.

Təqdim etdiyimiz texnikalar Azərbaycanın Xəzərdəki enerji infrastrukturunu nəzarətdə saxlamağa imkan verir.

"Lakin yaxşı xəbər odur ki, Azərbaycanın gömrük və sərhəd xidmətləri narkotik qaçaqmalçılığı ilə mübarizədə öz imkanlarını daha da gücləndirib. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, onların istifadə etdiyi texnika və ləvazimatı ABŞ təmin edib. Azərbaycanın öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə yardımla bağlı ABŞ-ın proqramı var. Bu texniki ləvazimatların çeşidi genişdir. Həmçinin ABŞ-ın dəstəyinə Azərbaycanın gömrük və sərhəd xidmətlərinin əməkdaşları üçün treyninq proqramları da daxildir. Eyni zamanda, biz bu dəstəyi Azərbaycanın Xəzər dənizindəki çox vacib enerji infrastrukturunu qoruması üçün veririk. Təqdim etdiyimiz texnikalar Azərbaycanın Xəzərdəki enerji infrastrukturunu nəzarətdə saxlamağa imkan verir. Bir neçə həftə öncə Azərbaycana təqdim etdiyimiz radar vasitəsilə Xəzər dənizində siqaret qaçaqmalçılığı edən gəmi saxlanıldı. Həqiqətən şadam ki, biz Azərbaycanın öz sərhədlərini nəzarətdə saxlaması və qoruması üçün imkanlarına dəstək veririk. Bu, bizim də marağımızdadır. Biz Azərbaycanın müstəqilliyini dəstəkləyirik”.

Səfirin fikrincə, ötən 30 il ərzində ABŞ-ın Azərbaycanın müstəqilliyi və suverenliyinin ən böyük dəstəkləyicisi olub.

“Azərbaycanın öz enerji resurslarını inkişaf etdirməsi və bundan istifadə ölkənin siyasi müstəqilliyi üçün əsas olub. Bu, Azərbaycana öz qərarlarını verməyə və öz seçimlərini etməyə imkan verir. Biz bunu dəstəkləyirik. Biz əslində regionun üç ölkəsinin seçimlərinin və qərarlarının müstəqilliyini dəstəkləyirik. Biz istəyirik ki, Cənubi Qafqaz regionu öz müstəqilliyini, dayanıqlılığını, stabilliyini artırsın, gücləndirsin. Regionun üç ölkəsini bir araya gətirib əməkdaşlığa necə nail ola bilərik? Biz buna fokuslanmışıq, regionun nəqliyyat əlaqələrini, iqtisadiyyatını necə gücləndirə bilərik, biz buna diqqət ayırırıq. Düşünürəm ki, Cənubi Qafqazın üç ölkəsinin yaxın əməkdaşlığı üçün böyük potensial, geniş imkanlar var. Biz ABŞ olaraq bunu dəstəkləmək istəyirik,” Litzenberqer qeyd edib.

ABŞ səfiri Rusiya ilə əməkdaşlıq məsələsindən danlşarkən deyib ki, əgər Rusiya səmimiyyət və xoş niyyətini göstərərsə, ABŞ istənilən mövzu barədə Rusiya ilə konstruktiv müzakirələrə hazırdır.

“Çox təəssüf ki, biz hər zaman bunu görmürük.”

ABŞ və Rusiya ancaq bir platformada – ATƏT-in Minsk Qrupu çərçivəsində yaxşı əməkdaşlıq edir.

Onun dediyinə görə, Rusiyanın əhəmiyyətli dərəcədə böyük hərbi qüvvələrini Ukrayna ətrafında toplaması ABŞ-ı narahat edir.

“Biz inanırıq ki, bu cür addımlar regionda yalnız gərginliyi artırır və Avropa qitəsində sabitliyə yardım etmir.”

Onun firkincə, ABŞ və Rusiya ancaq bir platformada - ATƏT-in Minsk Qrupu çərçivəsində yaxşı əməkdaşlıq edir.

“Bu yaxınlarda həmin format çərçivəsində biz Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin iki dəfə görüşünü təşkil etdik. Bu format səmərəli olduğu müddətcə, biz burada əməkdaşlıq edəcəyik. Təbii ki, biz bu ölkələrin liderlərini və rəsmilərini bir araya gətirən digər formatları da dəstəkləyirik,” o qeyd edib.

Səfir Litzenberger Turan agentliynin kiçik qrant layihələrini dayandırılması ilə bağlı sualının cavabında bildirib ki, hazırda Azərbaycanda bu sahədə mühit “son dərəcə məhduddur”.

Azərbaycan vətəndaş cəmiyyətini inkişaf etdirə bilmədiyi üçün əziyyət çəkir.

“Biz vətəndaş cəmiyyəti və QHT-lərin donorlarla azad və şəffaf işləməsinin tərəfdarıyıq. İndiki vəziyyət buna imkan vermir, Azərbaycan vətəndaş cəmiyyətini inkişaf etdirə bilmədiyi üçün əziyyət çəkir.”

Turan-ın Azərbaycanda müstəqil medianın və siyasi məhbusların vəziyyətinin qiymətləndirilməsi ilə bağlı sualına cavabında səfir qeyd edib ki, baş verənlər barədə obyektiv təsəvvürə malik olmaq üçün ictimaiyyət müxtəlif məlumat mənbələrinə çıxış əldə etməlidir. ABŞ ənənəvi olaraq media azadlıqlarını dəstəkləyir.

Əsas azadlıqlara gəlincə, “biz konstitusion hüquqlarından - sərbəst toplaşmaq və ya söz azadlığından istifadə etdiklərinə görə insanların saxlandığını və təqib edildiyini görəndə narahat oluruq,” səfir bildirib.

Onun sözlərinə görə, bu mövzularda hakimiyyətlə danışıqlar davam etdirilir və müəyyən nailiyyətlər var.

"Mən onların daha çox olacağını gözləyirəm," o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG