Accessibility links

Əfsanəvi futbolçu prezident seçilməyə yaxındır


Sabiq futbol ulduzu və Demokratik Dəyişiklik üçün Konqresin prezidentliyə namizədi Corc Vea səs verərkən.
Sabiq futbol ulduzu və Demokratik Dəyişiklik üçün Konqresin prezidentliyə namizədi Corc Vea səs verərkən.

Futbol əfsanəsi, 1995-ci ildə dünyanın ən yaxşı futbolçusu seçilmiş Corc Vea və vitse-prezident Cozef Bokai Liberiya prezident seçkilərinin ilkin nəticələrinə görə digər namizədləri qabaqlayırlar. Rəsmilər bildirirlər ki, hələlik, üç gün öncə keçirilən səsvermədə istifadə edilən bülletenlərin yalnız üçdə biri hesablanıb.

Milli Seçki Komissiyasının sədri Cerom Korkoya bu ana qədər qalibin müəyyən edilmədiyini və tərəfləri səsvermə hesablamalarının yekunlaşmasına qədər təmkinli olmağa çağırıb.

Qərbi Afrika dövlətinin ən yüksək vəzifəsi üçün 20 namizəd iddialıdr. Təhlilçilər heç bir namizədin 50 faizdən çox səs qazanmayacağını düşünürlər. Bu halda isə ən çox səs toplayan iki namizəd seçkilərin noyabr ayında keçiriləcək ikinci mərhələsinə çıxmış olacaqlar.

Liberiyada 70 ildən çox müddətdə ilk dəfədir ki, bir demokratik yolla seçilmiş hökümətdən digərinə keçid baş verir.

Seçicilər çərşənbə axşamı keçirilən səsvermədə Nobel Sülh Mükafatı laureatı və Afrikanın seçilmiş ilk qadın dövlət başçısı Ellen Conson-Serlifdən sonra dövlətə rəhbərlik edəcək şəxsi seçirlər. Conson-Serlif Liberiya konstitusiyasına müvafiq olaraq iki müddət prezident olduqdan sonra dövlət başçısı vəzifəsini tərk edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG