Accessibility links

Əl-Qaidə üzvü məhkəmə qarşısına çıxarılmazdan bir neçə gün öncə dünyasını dəyişib


Əl-Qaidə üzvü olduğundan şübhəlinilərək həbs edilən müttəhim məhkəmə qarşısına çıxarılmazdan bir neçə gün öncə dünyasını dəyişib.

1998-ci ildə Afrikada ABŞ səfirliklərinə qarşı hücumlarda ittiham edilən Əbu Anas Əl-Libi hipatit C və ciyər xərçəngi xəstəliyindən əzab çəkirdi. O, dünən Nyu-York xəstəxanasında vəfat edib.

Yanvar ayının 12-də Əl-Libi və səudiyyəli Xalid Əl-Fəvvaz 200-dən artıq insanın həyatına son qoyan Kenya və Tanzaniya hücumlarına görə məhkəməyə çıxarılmalı idi.

Libinin vəkili onun səhhətinin son bir ay ərzində ciddi şəkildə ağırlaşdığını bildirib.

ABŞ-ın Federal Təhqiqiat Bürosu tərəfindən axtarışda olan Libi 2013-cü ildə Amerikanın xüsusi təyinatlı qüvvələri tərəfindən Tripolidə ələ keçirilmişdi.

XS
SM
MD
LG