Accessibility links

Qəzzafiyə sadiq qüvvələr Liviyanın qərbində üsyançılara zərbələr endirir


Qəzzafiyə sadiq qüvvələr Liviyanın qərbində üsyançılara zərbələr endirir
Qəzzafiyə sadiq qüvvələr Liviyanın qərbində üsyançılara zərbələr endirir

Liviya lideri Müəmmar Qəzzafiyə sadiq qüvvələr ölkənin qərbində üsyançılara ağır silahlardan zərbə endirib. Paytaxt Tripoli istiqamətində də ağır döyüşlər gedir. Üsyançıların nəzarətində olan Zintan şəhərində ön cəbhədə olan müxbirlər döyüşlərin böyük dağıntılara səbəb olduğu barədə xəbər verir. Liviya paytaxtı Triopolidən 50 kilometrlik məsafədə yerləşən Zəviyyə şəhərində isə Qəzzafiyə sadiq qüvvələr və üsyançılar arasında şənbə günü toqquşmaların baş verdiyi bildirilir. Tripoli və Tunis arasında əsas şosse yolu döyüşlərə görə bağlanıb. Üsyançıların sözçüsü Reuters xəbər agentliyinə döyüşlərin bu gün də davam etdiyini bildirib.

XS
SM
MD
LG