Accessibility links

NATO təyyarələri Misrata yaxınlığında hədəflərə havadan hücum edib


NATO təyyarələri Misrata yaxınlığında hədəflərə havadan hücum edib
NATO təyyarələri Misrata yaxınlığında hədəflərə havadan hücum edib

NATO hökumət tərəfdarı qüvvələrin üsyançılarla döyüşlər apardığı Misrata şəhəri yaxınlığında hərbi obyektlərə havadan hücum edib. Alyans hərbi təyyarələrin üsyançıların nəzarət etdiyi Misratadan cənubda Tavurqa şəhəri yaxınlığında obyekti hədəf aldığını bildirib. NATO-nun açıqladığı bəyanatda bildirilir ki, Liviya lideri Müəmmar Qəzzafiyə sadiq qüvvələr bu mövqedən Misrata da daxil olmaqla, raket hücumları keçirmək üçün istifadə edirdi. Misrata artıq bir neçə aydır hücumlara məruz qalır. Cümə günü fəallar və tibb işçiləri bildirib ki, hökumətə sadiq qüvvələrin hüumları nəticəsində beş üsyançı ölüb, onlarla üsyançı yaralanıb. Bu arada, üsyançılar paytaxtdan cənubda iki kiçik şəhərə nəzarəti ələ keçirdikdən sonra Tripoli istiqamətində irəliləməyə çalışır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG