Accessibility links

Liviya daşqından sonra bəndlərin aşması ilə bağlı araşdırma aparır


Liviya rəsmiləri sahilyanı şəhərdə iki bəndin aşaraq faciəvi daşqına səbəb olması ilə bağlı istintaq başladıb. Şənbə günü isə xilasedicilər 11 mindən çox insanın ölümü ilə nəticələnən seldən sonra cəsədlərin axtarışını davam etdirib.

Daniel fırtınısının səbəb olduğu leysan yağışlar ötən həftəsonu Liviyanın şərqi boyunda ölümcül sellərə səbəb olub. Sellər iki bəndin aşmasına və Derna şəhərinin mərkəzində bir neçə metr yüksəkliyində daşqınlara gətirib çıxarıb ki, nəticədə məhəllələr dağılıb, insanlar dənizə sürüklənib.

Liviya Qırmızı Aypara Cəmiyyətinin bildirdiyinə görə, 10 mindəən çox insan itkin düşüb. Altı gün sonra xilasedicilər hələ də, palçıq və içi boş binalar arasında cəsəd və mümkün sağ qalan insanları axtarırlar. Qırmızı Aypara indiyədək 11 300 insanın öldüyünü təsdiqləyib.

Sərhədsiz Həkimlər yardım qrupunun fövqəladə hallar şöbəsinə rəhbərlik edən Kler Nikolet, xilasedicilərin cümə günü “çox sayda cəsəd” tapdıqlarını və hələ də axtarış apardıqlarını söyləyib.

“Böyük bir rəqəm idi…dənizdən, təəssüf ki, hələ də çox sayda cansız bədən çıxarılır,” o, Associated Press-ə bildirib.

O deyib ki, hələ də böyük yardım səylərinə, o cümlədən ailələrini itirənlərə təcili psixoloji dəstəyə ehtiyac var. O bildirib ki, cəsədlərin dəfn edilməsi də böyük bir problemdir, baxmayraq ki, axtarış və xilastmə işlərinin koordinasiyası və yardımın bölüşdürülməsində müəyyən irəliləyiş əldə olunub.

Rəsmilər və yardım qrupları su ilə yoluxan xəstəliklərin yayılması və Liviyadakı son münaqişələrdən qalan partlayıcı qurğuların yerdəyişməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Liviyanın xəstəliklərlə mübarizə mərkəzinin başçısı Heydər Əl-Saeih şənbə günü televiziyada çıxışında deyib ki, azı 150 nəfər Dernada çirklənmiş sudan içəndən sonra ishaldan əziyyət çəkib. O, sakinləri yalnız yardım syləri çərçivəsində göndərilən qablaşdırılmış su içməyə çağırıb.

Liviyanın baş prokuroru Əl-Sediq əl-Sour deyib ki, prokurorlar 1970-ci illərdə inşa edilən bəndlərin aşmasını , habelə onların baxımı üçün ayrılan vəsaitləri araşdıracaq. O deyib ki, prokurorlar şəhərdəki yerli səlahiyyətliləri, habelə keçmiş hökumətlərlə bağlı təhqiqat aparacaqlar.

“Mən vətəndaşları əmin edirəm ki, səhv və ya səhlənkarlıq edən kim olubda, prokurorlar qəti tədbirlər görəcək, ona qarşı cinayət işi açıb, onu məhkəməyə göndərəcək,” o, cümə günü Dernada mətbuat konfransında deyib.

Forum

XS
SM
MD
LG