Accessibility links

Dövlət katibi Klinton:"ABŞ cənab Qəzzafini hakimiyyətdən devirmək istəyən liviyalılara yardım göstərməyə hazırdır"

Liviyada zorakılıqlqarın davam etdiyi bir vaxt beynəlxalq ictimaiyyətin ölkənin lideri Müəmmar Qəzzafinin hakimiyyətdən getməsi ilə bağlı çağırışları güclənir. İnsan hüquqlarının davamlı şəkildə pozulmasını qeyd edən BMT Təhlükəsizlik Şurası silah embarqosu da daxil olmaqla, Qəzzafi hökumətinə qarşı sanksiyaların tətbiq edilməsinə yekdilliklə səs verib. Qətnamədə BMT-nin üzvü olan ölkələr cənab Qəzzafi və onun ailə üzvlərinin hesablarını dondurmağa, eyni zamanda nümayişlərin dağıdılması zamanı yüzlərlə insanın ölümü ilə əlaqədar bəşəriyyətə qarşı cinayətlərə dair beynəlxalq təhqiqatın aparılması çağırılır. ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, Birləşmiş Ştatlar cənab Qəzzafini hakimiyyətdən devirmək istəyən liviyalılara yardım göstərməyə hazırdır. O, inqilab qərb istiqamətində hərəkət etdikcə, liviyalılarla təmas qurulmasını qeyd edib. Amerikanın müttəfiqləri ilə Liviyada böhranın həlli yollarını müzakirə etmək üçün Cenevrəyə yola düşən xanım Klinton deyib ki, bunun nə ilə nəticələnəcəyi haqda bir söz demək hələ tezdir.

XS
SM
MD
LG