Accessibility links

Avropa ölkələri arasında Liviyaya hücumlara bağlı fikir ayrılığı mövcuddur


Avropa ölkələri arasında Liviyaya hücumlara bağlı fikir ayrılığı mövcuddur
Avropa ölkələri arasında Liviyaya hücumlara bağlı fikir ayrılığı mövcuddur

Avropa ölkələri arasında BMT-nin tətbiq etdiyi uçuşa qadağa zonasının təmin olunması məqsədilə ABŞ-ın başçılığı ilə koalisiya qüvvələrinin Liviyaya hava və raket hücumları ilə bağlı fikri ayrılıqları yaranıb. Uşuşa qadağa zonasında əməliyyatlara nəzarətin ələ alınması ilə bağlı gün Brüsseldə keçirilən müzakirələ zamanı NATO-nun 28 üzvü konsensus əldə edə bilməyib. NATO üzvü Türkiyə bildirib ki, Ankara hərbi əməliyyatlarda iştirak etmək üçün bir sıra irəli sürüb. Səudiyyə Ərəbistanında səfərdə olan Rəcəp Tayyib Ərdoğan deyib ki, NATO-nun əməliyyatı işöala çevrilməməlidir. Rusiyanın Baş naziri Vladimir Putin uçuşa qadağa zonasını kəskin tənqid edib. Rusiya prezidenti Dmitri Medvedev isə baş nazirini tənqid edərək, onun şərhlərini qəbuledilməz adlandırıb. NATO üzvü Almaniya koalisiyada iştirak etməmək qərarını müdafiə edib.

XS
SM
MD
LG