Accessibility links

Üsyançılar Qəzzafinin istehkamını ələ keçirib (YENİLƏNİB)


Üsyançılar Qəzzafinin istehkamını ələ keçirib (YENİLƏNİB)
Üsyançılar Qəzzafinin istehkamını ələ keçirib (YENİLƏNİB)

Üsyançılar Liviya lideri Müəmmar Qəzzafinin paytaxt Tripolidə istehkamını ələ keçirib. Üsyançlıar şəhərdə nəzarəti ələ aldıqlarını bildirir.

Şahidlərin verdiyi məlumata görə, şəhərdə üsyançılar və Qəzzafi tərəfdarı qüvvələr arasında döyüşlər gedən vaxt, üsyançı döyüşçülər cənab Qəzzafinin Bəb əl-Əziziyyə adlanan istehkamına daxil olub.

Nyu-Yorkda Liviyanın BMT-dəki səfirinin müavini İbrahim Dabbaşi müxbirlərə Tripolinin 72 saat ərzində tamamilə azad ediləcəyini gözlədiyini deyib.

Avropa İttifaqının xarici işlər naziri Ketrin Eştonun sözlərinə görə, üsyançıların siyasi lideri Mustafa Əbdül Cəlil deyib ki, onlar Liviya paytaxtının 80 faizinə nəzarət edir.

NATO-nun sözçüsü Oana Lundescu Brüsseldə müxbirlərə alyansın Liviyada missiyasının başa çatdığını və hərbi əməliyyatların bütün hüxumlar və mülki əhaliyə hücum təhlükəsi dayandırılana qədər davam edəcəyini deyib.

NATO-nun hərbi məsələlər üzrə sözçüsü polkovnik Roland Lavoye isə əlavə edib ki, NATO qüvvələri xüsusi olaraq cənab Qəzzafini hədəf almayıb, lakin alyans mülki əhalini müdafiə etmək məqsədilə lazım olan hər yerdə hücum keçirəcək.

Cənab Qəzzafinin harada olduğu məlum deyil. Lakin onun oğlu Seyf əl-İslam atasının Tripolidə olduğunu və hökumətin hələ də vəziyyətə nəzarət etdiyini bildirib. Üsyançılar Seyf əl-İslamı həbs etdiklərini iddia edir. Lakin o, müxbirlərlə Qəzafinin nəzarətində olan Riksos mehmanxanasında danışıb.

XS
SM
MD
LG