Liviya parlamentinin müvəqqəti spikeri bazar günü millət vəkilləri tərəfindən yeni baş nazir seçkilərini etibarsız sayıb.
42 yaşlı biznesmen Əhməd Matiq milli məclisdə 121 səs topladıqdan sonra and içib. Seçkilərdə qalib gəlmək üçün 120 səsə ehtiyac var.
Matıq ilkin səsvermədə 113 səs toplayıb.
Bu, yüksək siyasi gücə malik parlament spikeri Əzzədin əl- Avaminin səsvermə nəticələrinin etibarsız və qanunsuz saymasına səbəb olub.
Spiker vəzifəsini tərk etməyə hazırlaşan baş nazir Abdullah Əl-Tanidən yeni baş nazir seçilənə qədər vəzifəsini icra etmsini xahiş edib. Əl-Tani bu ayın əvvəllərində ailəsinə qarşı təhdidlərə görə vəzifəsindən istefa verib.
Liviya Müəmmar Qəzzafinin devrilməsindən sonra yeni hökümətin qurulmasında çətinliklərlə üzləşib.
Uzun müddət ölkəyə liderlik edən Qəzzafini devirən milis qrupları bir çox əraziyə nəzarət etməkdə davam edir.