Accessibility links

“Amerikalı Taliban” ləqəbli Con Volker Lind azadlığa çıxır


2001-ci ildə Əfqanıstanda Talibanla döyüşlər zamanı ələ keçirilən amerikalı Con Volker Lind cümə axşamı ABŞ-ın İndiana ştatının federal həbsxanasından çıxır.

Əfqanıstanın ekstremist Taliban hərəkatını dəstəklədiyi üçün 20 il həbs cəzasına məhkum edilən Lind 17 ildən sonra azad edilir.

Əfqanıstanda Talibana qoşulmuş amerikalıya onun ekstremist məhbuslarla birgə saqqallı videosu yayıldıqdan sonra "Amerikalı Taliban" ləğəbi verilib.

Lind 2001-ci il sentyabrın 11-də Vaşinqton və Nyu-Yorkda törədilən terror hücumlarına cavab olaraq ABŞ-ın başçılığı ilə Əfqanıstana hərbi müdaxilənin ilk günlərində əsir götürülən 20 yaşındakı kaliforniyalı idi.

O, yeniyetmə ikən İslamı qəbul etdikdən sonra 2000-ci ildə ərəb dilini öyrənmək üçün Yəmənə, ondan sonra isə könüllü olaraq Talibana qoşulmaq üçün Əfqanıstana getmişdi.

Lindi sonradan həbsxanada baş verən qiyam zamanı öldürülmüş Mərkəzi Kəşfiyyat İdarəsinin zabiti Mayk Span sorğu-sual etmişdi.

Con Volker Lind ABŞ qüvvələri 2001-ci ildə Əfqanıstana daxil olduqdan az sonra yaxalanmışdı.
Con Volker Lind ABŞ qüvvələri 2001-ci ildə Əfqanıstana daxil olduqdan az sonra yaxalanmışdı.

Bundan sonra Lind Birləşmiş Ştatlara gətirilib və prokurorlarla ona qarşı irəli sürülən ittihamları boynuna almaqla bağlı razılıq əldə etmişdi.

Lində “Amerikalı Taliban” ləqəbi onun digər əfqan məhbusları ilə birlikdə kirli saqqalı videosu dünya boyu yayıldıqdan sonra verilib.

Federal hakim azad edilərkən Lində onun internet cihazlarında monitorinq proqramı, psixoloji sağlamlıq məsləhətləri və ekstremist materiallardan istifadə etməmək kimi bir sıra məhdudiyyətlər qoyub.

XS
SM
MD
LG