Accessibility links

Lindsi Lohan Santa Monika Polis şöbəsində saxlanılır [Fotoqalereya]


Lindsi Lohan Santa Monika Polis şöbəsində saxlanılır. Məşhur aktrisanın şəklini bu dəfə peşəkar paparazi deyil, həbsxana sənədləri üçün polislər çəkib.

Aktrisa avtomobili təhlükəli idarə etmə və polis zabitinə yalan söyləmə ittihamları ilə razılaşıb.

Lakin 26 yaşlı aktrisa fotokamera qarşısında kefsiz görünürdü. Lindsi mağazadan oğurluq və içkili vəziyyətdə avtomobil idarə edərkən çəkilmiş şəkil albomuna polis şöbəsində çəkdirdiyi yeni şəkillərini də əlavə edib.

Mean Girls filminin ulduzu şöbədə şəkli çəkildikdən sonra deyəsən oranı tərk edib. O, ittihamlarla razılaşarsa həbsxanaya düşməkdən yayına bilər. Bu o deməkdir ki, günahını boynuna aldığı təqdirdə onu 90 gün reabilitasiya, 30 gün icma xidməti və 18 aylıq psixoterapiya kursu gözləyir.
XS
SM
MD
LG