Accessibility links

İran Azərbaycanında 3 dil haqları müdafiəçisi həbs edilib


İslam Əli Əkbərli, Araz Xassətaraş və Əmin Hacılı
İslam Əli Əkbərli, Araz Xassətaraş və Əmin Hacılı

Azərbaycan veb səhifələri Dünya Ana Dili Günü ərəfəsində güneyli türk dili haqları fəallarına qarşı basqıların artdığı ilə bağlı məlumat yayıb. Verilən xəbərə görə, İranın təhlükəsizlik qüvvələri Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində 3 fəalı həbs edib.

İslam Əli Əkbərli, Araz Xassətaraş və Əmin Hacılının fevralın 17-də nəzarət altına alındığını bildirən Oyan News saytı fəalların haraya aparıldığı və hansı ittiham üzündən tutulduqlarının bəlli olmadığını qeyd edir.

Yayılan məlumata istinadən hər 3 fəal İslam Əli Əkbərlinin iş yerində ikən həbs ediliblər. İş yerində axtarış aparılıb və Əli Əkbərlinin şəxsi əşyası o cümlədən, kompüteri müsadirə olunub.

Oyan News 3 fəalın əvvəllər də İran İnqilab Məhkəmələrində mühakimə edildiyini bildirib.

XS
SM
MD
LG