Accessibility links

Lirə çökür


Türkiyənin milli valyutası-lirə bu gün dollar müqabilində ən aşağı səviyyəyə düşüb. Ankara isə iqtisadi fəaliyyət planı hazırlayır.

Türkiyənin böyük məbləğli borcları lirənin dəyərini 40 faiz ucuzlaşdırıb. Ölkədə inflyasiya səviyyəsinin artması da narahtlıq doğurur.

Bizim Türkiyə ilə münasibətlərimiz indiki zamanda yaxşı deyil.
Donald Tramp, ABŞ Prezidenti

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO müttəfiqi Vaşinqtonu ölkəsinə qarşı iqtisadi müharibəyə görə ittiham edib. Tramp administrasiyası alüminium və polad tariflərinin 20 faiz artırılacağını bəyan edib.

ABŞ-Türkiyə münasibətləri Türkiyə rəsmilərinin amerikalı keşiş Endrü Bransonu azad etməməsi üzündən gərginləşib.

Tramp administrasiyası Bransonun ev dustaqlığında saxlanılmasına cavab olaraq Türkiyənin iki nazirinə sanksiyalar tətbiq edib.

Ağ Ev rəsmi Ankaranı keşişi girov götürməkdə ittiham edir.

Endryu Kreq Branson, yevangelist keşiş
Endryu Kreq Branson, yevangelist keşiş

Türkiyə səhm birjası da dəyərlərini kəskin itirib.

Cümə günü yazdığı tvitdə ABŞ prezidenti Donald Tramp Türkiyə ilə münasibətlərin yaxşı olmadığını vurğulamışdı.

"Mən indicə Türkiyə üzərində polad və alüminiumla bağlı tarifləri ikiqat artırmağa göstəriş verdim. Bu arada türk lirəsi bizim qüdrətli dollarımızın qarşısında sürətlə çökür! Alüminium indən belə 20%, polad 50% olacaq. Bizim Türkiyə ilə münasibətlərimiz indiki zamanda yaxşı deyil."

Bu arada Türkiy​ə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciət edərək əldə olan dollarlarını lirəyə dəyişməyə çağırıb.

“Yastıqlarınız altında saxladığınız avroları, dollarları və qızılı banklarımızda lirələrə çevirin. Bu, daxili və milli mübarizədir, “ Ərdoğan bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG