Accessibility links

Lirənin dəyərdən düşməsi turist sayını artırıb


Lirənin dəyərdən düşməsi turist sayını artırıb
please wait

No media source currently available

0:00 0:02:38 0:00

İyul ayında Türkiyədə istirahət edən turistlərin sayı keçən ilin eyni dövrünə nisbətən təxminən 12 faiz artıb. Turistlərdən biri Amerikanın Səsinə Türkiyəyə səyahət etməyin olduqca rahat olduğunu bildirib.

Türkiyə səyahət agentliklər birliyi turist sayının artmasından məmnun olduqlarını və Türkiyənin ən çox ziyarət edilən yerlərdən birinə çevrilməsindən qürur duyduqlarını dilə gətirib.

''Bu ilin ilk yeddi ayı ərzində 21,6 milyon turist Türkiyəni ziyarət edib. Burda əhəmiyyətli olan faktor isə odur ki, Avropalı turistlər yenidən səyahət etmək üçün məhz Türkiyəni seçir.'' - deyə, Friz Bağlıkaya bildirib.

Firuz Bağlıkaya əlavə edib ki, turizm Türkiyənin dünyanın digər ölkələri ilə ciddi şəkildə rəqabət apara biləcəyi bir sahədir.

Türk lirəsinin dəyərdən düşməsi yerli əhalinin iqtisadi vəziyyətinə pis təsir etsə də, turistlər bu haldan məmnun görünür.

"Türklərdən fərqli olaraq amerikalı və kanadalılar üçün bura çox ucuzdur. Məncə fərq daha da artacaq. Bu da bizim üçün yaxşıdır.’’

"Mən səfərimizin gözləniləndən daha ucuz başa gəlməsinə təəccübləndim. Ümid edirəm ki, onların iqtisadiyyatı türk xalqı üçün də sabitləşir, amma bizim turistlər üçün bu böyük üstünlükdür.’’ - deyə, kanadalı turistlər bildirib.

Son dövrlər Türkiyədə yaşanan siyasi qarışıqlıq belə turizm sənayesinin artımına mane ola bilməyib.

Otel və agentliklər turizm sahəsindəki artımdan məmnundur və 2019-cu ilin bundan da yaxşı olacağını təxmin edirlər.

XS
SM
MD
LG