Accessibility links

ABŞ Səfirliyi amerikalı kino rejissorunun Azərbaycana səfərinə sponsorluq edəcək


Lisa Leeman
Lisa Leeman

Lisa Liman universitetlərdə və yalnız tələbələr üçün film təlimləri ilə yanaşı ictimaiyyət üçün açıq və ödənişsiz seminarlar da keçirəcək

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi ABŞ Dövlət Departamentinin Amerika Filmin Numayişi Proqramı çərçivəsində tərəfdaş olan Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti ilə birgə 6-13 fevral tarixlərində amerikalı sənədli film ssenaristi, rejissoru, produseru və redaktoru Lisa Limanın Azərbaycana baş tutacaq səfərinə sponsorluq edəcək.

Səfirlikdən Amerikanın Səsinə verilən məlumata görə həftə ərzində Lisa Liman Azərbaycan İncəsənət Akademiyasında “Filmlərin Çəkilişi Sahəsində Karyeranın Qurulması” seminarı və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakultəsinin tələbələri üçün sənədli filmlərin çəkilişi üzrə bir həftəlik təlim keçəcək.

Lisa Liman eyni zamanda, azərbaycanlı rejisorlarla görüşüb fərdi və qrup şəklində məsləhətləşmələr aparacaq.

Lisa Liman universitetlərdə və yalnız tələbələr üçün film təlimləri ilə yanaşı ictimaiyyət üçün açıq və ödənişsiz seminarlar da keçirəcək.

Film təlimləri və seminarları Yarat Müasir İncəsənət Məkanı və Amerika Mərkəzində olacaq.

ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosu Amerika Filmlərinin Nümayişi (AFN) Proqramı vasitəsi ilə dünya üzrə anlaşma və əməkdaşlıq, dialoq və müzakirələrə dəstək vermək üçün Cənubi Kaliforniya Universitetinin Kinematoqrafiya Məktəbi ilə tərəfdaşlıq edib.

XS
SM
MD
LG