Accessibility links

Liza Braun: Demokratiya istiqamətində addımlar ictimaiyyətin həyatında çox vacibdir [Audio]


Senator Liza Braun
Senator Liza Braun

Vaşinqton ştatının senatoru Bakıda qadınların siyasətə təsirləri mövzusunda çıxış edib. “Qadınların siyasətdə iştirakı daha yaxşı qərarların qəbuluna səbəb olur”.

Azərbaycan Dillər Universitetinin Amerika Mərkəzində ABŞ-ın Vaşinqton ştatının senatoru, ştatın senatında demokrat çoxluğun sədri Liza Braun “İcmaların problemlərinin həlli üçün effektiv liderlik bacarıqları” mövzusunda çıxış edib.

"Siyasətdə lider qadınlar"-senator Liza Braunla müsahibə
please wait

No media source currently available

0:00 0:05:22 0:00
Direct link

Senator Amerika səfirliyi və Birləşmiş Millətlər Demokrat Fondu tərəfindən maliyyələşdirilən dörd günlük səfəri zamanı Bakı, Yevlax, Gəncə və Qazax şəhərlərində təqdimatlar edəcək.
Xanım Braun Amerika qadınlarının siyasətdə rolundan danışıb. “Sadəcə qadınlar kişilər kimi düşünmür. Onların düşüncəsində ailə, uşaq problemlərinin həlli daha önəmli yer tutur. Bu müxtəliflik daha düzgün, daha yaxşı qərarların qəbuluna səbəb olur”, - deyə qeyd edib.
Senator bildirib ki, son dövrlər sosial şəbəkələr problemlərin çatdırılmasında mühüm rol oynayır. “Amma, düzgün düşünmək, hələ düzgün qərarların qəbulu deyil. Düzgün olduğunu sübut etmək və qərarların icrası üçün ortaq nöqtənin tapılması vacibdir”.
Senator Liza Braun
Senator Liza Braun
Senator Liza Braun Amerikanın Səsi radiosuna müsahibə də verib.

Sual: Siz demokratik cəmiyyətlərdə qadınların siyasətə təsirlərindən danışdınız. Avtoritar cəmiyyətlərdə qadınlar siyasətə necə təsir etməlidir?

Cavab: Bu zaman qeyri-hökumət təşkilatlarının rolu önə çıxır. Çünki, qeyri-hökumət təşkilatları qadınların qərarlarının qəbuluna təsirini qiymətləndirməklə yanaşı qadınların maarifləndirməsini də öz üzərinə götürməlidir.

Sual: Əfqanıstan, Pakistan, İran kimi ölkələrdə qadınlar öz məhəbbətlərini belə reallaşdıra bilmir. Belə ölkələrdə qadınlar siyasətə necə təsir edə bilər?

Cavab: Burada söhbət insan hüquqlarını, o cümlədən siyasətdə iştirak hüququnu reallaşdırmaqdan gedir. Demokratiya istiqamətində addımlar atılması üçün bu hərəkətlər ictimaiyyətin həyatında çox vacibdir. Məsələn, 60-cı illərdə Amerikada afrikalı amerikalıların, eyni ilə də bundan əvvəllər qadınların hüquqları olmayan vaxtı belə hərəkat baş verib.

Sual: Siz Bakı, Yevlax, Gəncə və Qazax şəhərlərində konfranslarda qadınların siyasətdə rolu ilə bağlı təqdimatlar edəcəksiniz. Azərbaycanda qadınlar siyasətdə rollarını artırmaq üçün nə etməlidir?

Cavab: Azərbaycanda istər Bakıda, istərsə də regionlarda qadın hüquqları ilə bağlı beynəlxalq təşkilatların, demokratik dövlətlərin nümayəndələri ilə görüşlər keçirilir. Bu gözəl bir addımdır. Çünki ölkələr bir-birinin siyasətini mübadilə etməlidir. Bununla yanaşı, birinci xanımın təşəbbüsünü çox yüksək dəyərləndirirəm. O qadınların adından çıxış edir və bununla bərabərliyi önə çəkir. Maarifləndirmə və təhsil də çox vacibdir. Hər şey təhsil və maarifdən başlayır.

Sual: Amerikada bir fikri var, - “cəmiyyətin kökündən gələn təşəbbüslər”. Siz İndira Qandidən də misal çəkdiniz. İndira Qandi hakim ailənin yetişdirdiyi siyasətçi idi. Bəs, cəmiyyətin dərin köklərindən gələn əsas təşəbbüslərə hökumətin reaksiya verməsi üçün Azərbaycan qadını nə etməlidir?

Cavab: Azərbaycan haqqında geniş biliklərim olmadığına görə, buradakı vəziyyətlə bağlı dərin şərh verə bilməyəcəm. Ancaq, öz təcrübəmdən deyə bilərəm ki, gənclər bir yerə yığılıb liderlik vərdişlərini inkişaf etdirməlidir. Onlar təşəbbüslərlə çıxış etməlidir və hökumət bu təşəbbüslərdən dərs götürməyi bacarmalıdır. Biz daxili siyasət deyəndə, yalnız yuxarıdan aşağı düşünməməliyik, aşağıdan yuxarı gedən bir nümunə kimi də baxmalıyıq.

Konfransda iştirak edən qadınların əksəriyyətini Azərbaycanda qadınların lider rolu qane etmir. Azərbaycan əhalisinin 50 faizindən çoxu qadınlardır. İştirakçılar hesab edir ki, hökumətdə qadınların təmsilçiliyi və qərarların qəbuluna qadınların təsir imkanları hələ də yetərli deyil.
XS
SM
MD
LG