Accessibility links

Litva miqrantların ölkəyə girişini qadağan edən qanun layihəsini qəbul edib


Litva parlamenti çərşənbə axşamı sığınacaq axtaranların ölkəyə girişinin qadağan edilməsini qanuniləşdirən qanun layihəsini qəbul edib. Avropa İttifaqı üzvünün Belarusdan qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaq üçün atdığı bu son addım hüquq müdafiəçilərini narahatlığına səbəb olub.

Baltikyanı dövlət 2021-ci ildən, əsasən Yaxın Şərq və Afrikadan minlərlə miqrant və qaçqının Litva, Latviya və Polşa vasitəsilə Avropa İttifaqına daxil olmağa çalışdığı vaxtdan bəri miqrantların geri qaytarmağa çalışırdı.

Avropa İttifaqı bu qaçqın axınınının Belarus rejiminin Minskə qarşı beynəlxalq sanksiyalara cavab olaraq təşkil etdiyi "hibrid hücum" olduğunu iddia edirdi.

Bundan sonra sərhədi keçmək cəhdlərinin sayı azalsa da, Litva sərhədçiləri hələ də hər gün onlarla miqrantın ölkəyə daxil olmasına imkan vermir.

"Milli təhlükəsizlik və insan haqlarına gəldikdə, asan həll yolları yoxdur, eyni zamanda alternativ yollar da yoxdur," Litvanın daxili işlər naziri Aqne Bilotayte jurnalistlərə deyib.

"Ölkəmiz özünü müdafiə etməlidir" - deyə, o əlavə edib.

Bilotayte hakimiyyət orqanlarının Belarusun İran və İraqla Minskə birbaşa uçuş marşrutları ilə bağlı danışıqlar apardığına dair kəşfiyyat məlumatlarına malik oldiuğunu və bu, "mümkün yeni [miqrant] axını" demək ola biləcəyini bildirib.

"Biz hazır olmalıyıq və alətlərə ehtiyacımız var" o deyib .

Qanunvericilik hələ də prezident tərəfindən təsdiq edilməlidir. Fəallar isə onun veto olunmasına çağıracaqlarını bildirib.

"Bu düzəlişlər həm beynəlxalq hüquqa, həm də öz öhdəliklərimizə ziddir," Litva İnsan Haqları Mərkəzinin rəhbəri Jurate Juskayte Fransa xəbər agentliyinə (AFP) deyib.

"Bu, mənəviyyatsızlıqdır, onlar ölkəyə girməyə çalışan insanların həyatı və sağlamlığı üçün təhlükə yaradır" - deyə, o əlavə edib.

Keçən il Litva qeyri-qanuni immiqrasiya ilə mübarizə məqsədilə Belarusla sərhəddə dörd metrlik tikanlı məftilin tikintisini başa çatdırıb.

Tikanlı məftilin uzunluğu təxminən 550 kilometr , bütün sərhəd isə təxminən 700 kilometrdir.

XS
SM
MD
LG