Accessibility links

Litvada parlament seçkilərinin ikinci turu keçirilir


Litvada bazar günü parlament seçkilərinin ikinci turu keçirilir. Seçkilər sosial-demokratların başçılığı ilə dörd il koalisiyada oldqdan sonra müxalifətin hakimiyyətə gəlməsinə yol aça bilər.

İkinci turda 141 yerlik parlamentdə 68 yer uğrunda mübarizə gedir.

Parlament seçkilərinin iki həftə əvvəl keirilmiş ilk turunda mühafizəkar "Vətən ittifaqı" partiyası özünə 20 yer təmin edib. "Kəndlilər və yaşıllar ittifaqı" partiyası ondan bir yer geridə qaldığı halda, sosial-demokratla 13 yer alaraq üçüncü yerə çıxıb. Daha kiçik partiyalar da parlamentdə bir neçə yer alıb.

Müxalif "Vətən ittifaqı" partiyası aşağı maşlar və ölkədə işçi qüvvəsi itkisindən narazı qalan seçicilərin narazılığından istifadə edə biləcəyinə ümid edir.

Seçicilərin bəzisi ölkəni idarə edən "sosial-demokratlar"-ın imkanı əldən verdiyini düşünür. Onlar hakimiyyətə mühafizəkar partiyanın başçılıq etdiyi koalisiyanın gəlməsini istədiklərini bildiriblər.

Ekspertlərin fikrincə, hazırkı hökumət Avropa ölkələri ilə bir sırada dayanmaq isəyən ölkənin iqtisadiyyatını dirçəltməyə qadir deyil.

Parlamentdə 68 yer uğrunda gərgin rəqabətin gedəcəyi və heç bir partiyanın əksəriyyəti əldə edə bilməyəcəyi gözlənilir.

Baltik ölkələri arasında ən böyük ölkə olan Litva 1990-cı illərdə müstəqilliyini əldə edib və 2004-cü ildə Avropa İttifaqına qoşulub. O vaxtdan təxminən 370 min insan ölkəni tərk edib. Onların yarıdan çoxunun Böyük Britaniyaya getdiyi bildirilir.

Sosial-demokratların başçılıq etdiyi hökumət və müxalifət partiyaları 2,9 milyon əhalisi olan ölkədə minimum əmək haqqının artırılmasına söz verir.

XS
SM
MD
LG