Accessibility links

Litva: Rusiyanın “UBER”-dən casusluq üçün istifadə edilir


Litva: Rusiyanın “UBER”-i casusluq üçün istifadə edilir
please wait

No media source currently available

0:00 0:03:02 0:00

Qunaras Riabokas deyir ki, Vilnüs şəhərində öz taksisini sürmək ona Litvadakı ictimai rəy haqqında məlumatlı olmaq imkanı verir.

Qunaras Riabokas, Litvalı taksi sürücüsü: “Mənim müxtəlif hekayələri olan çoxlu müştərilərim var. Gündəlik hadisələr və s. Mən digərlərindən daha çox şey bilirəm.”

Bura həm də litvalı müştərilərin nə axtardığı da daxildir.

Qunaras Riabokas: “Onlara ucuz xidmət lazımdır. Bu qədər. Qiymət əsas meyardır.”

Bu meyar nəqliyyat şirkətləri arasında əsas rəqabət sahəsidir. Bura ABŞ-da qərargahlaşan Uber, Litvanın Taxify və Rusiyanın Yandex Taxi şirkətləri daxildir.

Rusiyada nəhəng bazar payına sahib olan Yandex özünün taxi tətbiqetməsini Baltikyani ölkələrdə 2018-ci ilin yayında təqdim edib.

Lakin şirkətin artan uğuru Litva Müdafiə Nazirliyinin diqqətini cəlb edib. Nazirlik narahatdır ki, Rusiya şirkəti tətbiqetmə vasitəsilə istifadəçilərin telefonunlarda əlaqələrə, mikrofona və kameralara çıxış əldə edə bilər.

Edvinas Kerza, vitse-nazir, Litva Müdafiə Nazirliyi: “Bizim milli kibertəhlükəsizlik mərkəzi əldə edilən məlumatların dəqiq hara göndərildiyi ilə bağlı ilk təhqiqatı aparıb. Biz müəyyən etmişik ki, məlumatlar Rusiyaya göndərilir.”

Litva deyir ki, bu, Avropa İttifaqı qanunlarının pozuntusudur. O zamandan bəri tətbiqetmə hökumət tərəfindən qadağan edilib və ictimaiyyətə təhqiqatın bitməsinə qədər xəbərdarlıq verilib.

Yandex Taxi bu ittihamları rədd edir və əsassız hesab edir. Onlar smartfonun funksiyalarına çıxışın xidməti daha yaxşı etdiyini və hər bir istifadəçinin məlumatlarının Avropa İttifaqının data mərkəzlərində saxlandığını deyirlər.

Aram Sargsyan, Avropa regionu üzrə direktor, Yandex Taxi: “Əgər kimsə, xüsusilə də Baltik dövlətin rəsmiləri nədənsə şübhələnirsə, biz ehtiyac duyulan yoxlamanı etməyə hazırıq. Biz müzakirələrə açığıq.”

Bu ittihamlar tətbiqetməni daha geniş Rusiya-Qərb qarşıdurmasının parçası edib. Bura Ukrayna seçkilərinə müdaxilə də daxildir.

Beləliklə, Yandex Taxi Kremlin ən son hibrid taktikalar alətlərinə malikdirmi? Yoxsa şirkət sadəcə Rusiyadan olduğu üçün təzyiqlərlə üzləşir?

Paytaxt Vilnüsün küçələrində bu barədə mövqe Litvanın Sovet keçmişinə baxışlara müvafiq olaraq bölünür.

“Məndə nə cür gizli məlumatlar ola bilər axı? Yandex Rusiyanın olduğu üçün onlarda səhv axtarırlar.”

“Bu rusofobiyadır. Əlavə edəcək söz yoxdur. Sadəcə siyasətdir.”

“İstifadə etməyəcəm. Çünki Rusiyaya məxsusdur.”

“Düşünürəm ki, rusiyalılar və litvalılar arasında hələ də ədavət var.”

Lakin şəxsi məlumatların texnologiya şirkətlərindən qorunması diqqətdə olduğu bir zaman, bəzi litvalılar alternativ üsullardan istifadə edirlər.

“Mən ayaqla gedirəm. Gəncəm. Taksiyə ehtiyacım yoxdur.”

Gəzinti. Bunun üçün smatfon tətbiqetməsinə ehtiyac yoxdur.

XS
SM
MD
LG