Accessibility links

Litvada Rusiyaya casusluqda şübhələnilən bir neçə nəfər saxlanılıb


Litvanın Baş prokuroru Evalds Paşilis mətbuat konfransında bildirib ki, Rusiya kəşfiyyatına işləməkdə şübhəli bilinən bir neçə dadam saxlanılıb.

Saxlanılanlar arasında Sosialist Xalq Cəbhəsinin keçmiş sədri Alqirdas Paletskis də var. Baş prokuror bildirib ki, o, oktyabr ayından həbsdədir.

Baş prokuror saxlanılanların sayını açıqlamasa da, "fəaliyyətin uzun müddət davam etdiyini" deyib.

Litvanın baş komissarı Linas Parnavasanın sözlərinə görə, tutulanların biri rusiyalıdır. Həbs olunma səbəbi axtarış zamanı aşkar edilən silah olub. Hakimiyyət orqanları Rusiya vətəndaşı Valeri İvanovun casusluq iddiası ilə əlaqəli olub-olmadığını araşdırırlar.

Bu, keçən il Rusiyada baş vermiş ilk casus qalmaqalı deyil.

Çexiya Təhlükəsizlik Xidməti dekabrın 3-də Rusiyanı Çexiya Xarici İşlər Nazirliyinə kiber hücumlarda təqsirləndirən hesabat dərc edib. Hesabatda Rusiyanın bu hərəkətləri Çexiyanın təhlükəsizliyi üçün əsas təhlükə adlandırılıb.

Noyabr ayının ortalarında Avstriyada Federal Konstitusiya və Terrorizmlə Mübarizə üzrə Federal İdarəsinin əməkdaşı olan və rus casusu olduğu iddia edilən şəxs saxlanılıb. Onun 1990-cı illərin sonlarından etibarə, miqrasiya böhranı və Avstriya hərbi aviasiya və artilleriya sistemləri haqqında Rusiyanın hərbi kəşfiyyatına məlumat ötürdüyü iddia edilir. Moskva ilə 20 illik əməkdaşlıq dövründə o, təxminən 300 min avro alıb.

Norveç polisi sentyabrın 21-i Oslo hava limanında 51 yaşlı Rusiya vətəndaşını qanunsuz məlumat toplamaqda şübhəli bilərək saxlayıb.

2018-ci ilin aprelində Hollandiyada rusiya kəşfiyyatının 4 əməkdaşını haker cihazı ilə saxlanılıb. Hollandiyanın verdiyi məlumata görə, onlar bu cihaz vasitəsilə Haaqadakı Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının baş gərərgahının daxili şəbəkəsinə giriş əldə etmək istəyiblər.

Bu ilin yazında Hollandiyada iddia edilən rus casusları qrupu saxlanılaraq, ölkədən çıxarılıb. Bu hadisədən sonra ABŞ, Böyük Britaniya, Hollandiya və bir sıra digər ölkələr Rusiya hərbi kəşfiyyatını dünyanın hər yerində olan kiber hücumlarla günahlandırıblar.

Moskva bütün bu ittihamları rədd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG