Accessibility links

Nobel laureatı çinli dissident Liu Şiaobo vəfat edib [Video]


Nobel laureatı çinli dissident Liu Şiaobo vəfat edib
please wait

No media source currently available

0:00 0:02:58 0:00

Həbsdə olan və xərçəngindən əziyyət çəkən çinli insan haqları fəalı Liu Şiaobo xəstəxanada dünyasını dəyişib. 2010-cu ildə Çində fundamental insan haqları uğrunda uzun və dinc mübarizəsinə görə Nobel mükafatına layiq görülən 61 yaşlı yazıçı və fəal son günlərində belə mübahisələrin mərkəzində yer alıb.

Əgər son 20 ildə Çin cəmiyyəti və siyasətində hər hansı bir dəyişiklik olubsa, buna səbəb vətəndaşların dəyişklik tələb etməsidir. Problemlər davam etdiyi və kifayət qədər insan buna görə narahatlığını ifadə etdiyi zaman dəyişiklik baş verir.
Liu Şiaobo

Liu Şiaobo Şenyanqdakı xəstəxanda dünyasını dəyişib. Şiaobo oraya həbsxanadan xərçəng xəstəliyinə qarşı müalicə olmaq üçün köçürülmüşdü. Pekin ailəsinin onun müalicə olunmaq üçün Birləşmiş Ştatlar və ya Almaniyaya köçürülməsi ilə bağlı tələbini rədd etmişdi.

Liu uzun illər dissident kimi tanınıb. Ənənəvi Çin mədəniyyətini tənqid etdiyinə görə tanınan universitet məruzəçisi və yazıçı olan Şiaobo 1989-cu ildə Tiananmen Meydanında tələbələrin keçirdiyi böyük etirazlara qoşulandan sonra karyerasında dönüş nöqtəsi yaşayıb.

Tiananmen Soyqırımı kimi tanınan zorakı hərbi təqiblərdən sonra ona “qara əl”damğası vurulmuşdu və daha sonra o həbs edilmişdi.

1991-ci ildə azadlığa buraxılandan sonra isə Şiaobo siyasi islahatların aparılmasına dair çağırışlarını davam etdirdi.

Liu Şiaobo: “Əgər son 20 ildə Çin cəmiyyəti və siyasətində hər hansı bir dəyişiklik olubsa, buna səbəb vətəndaşların dəyişklik tələb etməsidir. Problemlər davam etdiyi və kifayət qədər insan buna görə narahatlığını ifadə etdiyi zaman dəyişiklik baş verir”.

2008-ci ildə Liu və digər dissident və ziyalılar Xartiya 08 adlı sənəd yayıblar. Sənəd Çinin bir partiyalı hakimyyətinə son qoyulmasına və yeni demokratik respublikanın yaranmasına çağırırdı.

Liu Şiaobo
Liu Şiaobo

Liu Şiaobo: “Hər hansı bir diktaturada müxalifət hərəkatının parçası olan insanların işi polisə qarşı durub, həbs olunmaqdır. Yəni, dissent təkcə zalımlığa qarşı mübarizə aparmağa deyil, həm də təqiblərə məruz qalmağa və həbsxanaya düşməyə də öyrəşməlidir”.

2009-cu ildə Liu 11 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bir il sonra isə onun adı bütün dünyada tanınmağa başladı.

“Norveçin Nobel Komitəsi 2010-cu ildə Liu Şiaobonu Çində insan haqları uğrunda uzunmüddətli və dinc mübarizəsinə görə nobel mükafatına layiq görməyə qərar verdi”, deyə Norveçin Nobel Komitəsinin sədri Torbcorn Yaqland bildirib.

Bu mükafatla universal insan haqlarının bərqərar olunmasında rol oynayan çinlilər və digərləri anılıb.

Dövlət orqanlarının əlində səlahiyyət var, onlar insanları həbs edə bilir. Amma bizim elə bir gücümüz yoxdur və biz bunun əleyhinə çıxırıq.
Liu Şiaobo

Liu Şiaobo: “Dövlət orqanlarının əlində səlahiyyət var, onlar insanları həbs edə bilir. Amma bizim elə bir gücümüz yoxdur və biz bunun əleyhinə çıxırıq.”

Liu öldüyündə həbsdə artıq 8 il keçirmişdi. Onun 21 illik həyat yoldaşı Liu Şia Şiaobonun həyatını bir şeirdə əks etdirib:

“Mən ağac şəkli çəkməyi sevirəm. Nə üçün? Mən onun ayaqda olduğunu görməyi sevirəm. Sən deyirsən ki, ayaq üstə keçirilən həyat yorucu olur. Mən isə cavab olaraq deyirəm ki, mən yenə də bunu etməliyəm.”

XS
SM
MD
LG