Accessibility links

Livanın baş naziri istefa verdi


Lebanon prime minister
Lebanon prime minister

Livanın baş nazir vəzifəsini icra edən Mustafa Ədib istefa verib.

Mustafa Ədib ötən ay Beyrut limanında baş verən kütləvi partlayışdan sonra istefa verən höküməti əvəzləyəcək yeni hökümət qura bilməyib.

O, çənbə günü televiziyada yayımlanan çıxışında “Mən hökümət formalaşdırmaq tapşırığını yerinə yetirə bilməyəcəyim üçün üzr istəyirəm” deyib.

O, uzun müddətdir ölkədəki müxtəlif fraksiyalarla danışıqlar aparırdı, lakin onlar razılıq əldə edə bilməyiblər.

Ədibin istefası böhrana qərq olmuş sabiq Fransa müstəmləkəsi Livanda yeni hökümətin yaradılmasına yardım etməyə çalışan Fransa prezidenti Emmanuel Makron üçün geriləmədir.

Makro hökümətinin rəsmisi Ədibin istefasını ölkənin siyasi partiyaları tərəfindən "kollektiv xəyanət" adlandırıb.

"Beynəlxalq yardım almaq imkana sahib hökümətin olması zəruridir. Fransa Livanı tərk etməyəcək," adı açıqlanmayan rəsmi bildirib.

Ədibin əleyhdarları onu yeni kabinet formalaşdırmaq üçün ölkədəki siyasi fraksiyalarla daha çox məsləhətləşməməkdə günahlandırsa da, onu dəstəkləyən sabiq baş nazir Səad Əl-Həriri deyib ki, Makronun səylərinin iflasa uğramasını alqışlayanlar "peşmanlıqdan barmaqlarını dişləyəcəklər."

Avqustun 4-də Beyrut limanında azı 200 nəfərin ölümü, minlərlə insanın yaralanması və 250 mindən çox insanın evsiz qalması ilə nəticələnən partlayışa limanda altı il boyunca yanlış şəkildə saxlanılan 2750 ton ammonium nitratın partlamasının səbəb olduğu bildirilib.

Bir çoxları partlayışa görə Livanın siyasi elitasını günahlandırıb və insident ölkəni siyasi və iqtisadi baxımdan viran qoyub, daha öncə mövcud olan problemləri isə qabardıb.

XS
SM
MD
LG