Accessibility links

Livanda Beyrut bomba hücumları ilə əlaqədar 9 nəfər saxlanıb


Livanın Daxili İşlər naziri Nohad Maşnuk
Livanın Daxili İşlər naziri Nohad Maşnuk

Livanın təhlükəsizlik qüvvələri çoxu suriyalı olmaqla keçən həftə terror hücumlarını planlaşdırmaqda və ölkəyə qaçaq yolla ekstremistlərin gətirilməsində şübhəli bilinən doqquz şəxsi həbs edib.

Daxili İşlər naziri Nohad Maşnuk həbslərin bu gün, Beyrutun cənub hissəsində 43 adamın ölümü, 200-dən çox adamın yaralanması ilə nəticələnmiş qoşa bomba hücumlarının baş verməsindən üç gün sonra bu gün aparıldığını elan edib.

"İndiyə kimi yeddi suriyalı və iki livanlını həbs etmişik, onlardan biri intiharçı bomba hücumçusu, o biri isə Suriya ilə insanları sərhəddən keçirən qaçaqçı ola biləcəyinə inanılır"-deyə Maşnuk televiziya ilə yayımlanan mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, hücumçular Hizbullah qrupu tərəfindən idarə edilən Rəsul Əl-Əzm xəstəxanasına hücum etməyi planlaşdırıb, lakin yüksək təhlükəsizlik tədbirlərinə görə fikirlərini dəyişdiriblər.

Bunun yerinə hücumçular cümə axşamı günü axşam saatlarında xəstəxana yaxınlığında izdihamlı küçəni hədfə alıb. Maşnukun sözlərinə görə, hücumlarda beş intiharçı iştirak etməli imiş, lakin onlardan biri saxlanıb, ikisi isə Livana daxil olmayıb.

Hücuma görə məsuliyyəti İslam Dövləti qrupu öz üzərinə götürüb.

XS
SM
MD
LG