Accessibility links

Livan - Əvvəlcə dəhşət və şok, indi isə qəzəb


Əvvəlcə dəhşət və şok - indi isə qəzəb. Təhlilçilər və diplomatların fikrincə Livan paytaxtının böyük hissəsinin dağılmasına səbəb olan Beyrut limanındakı partlayışın bu yoxsullaşan Aralıq dənizi ölkəsinə 2005-ci ildə keçmiş baş nazir Rafik Haririnin qətlə yetirilməsi kimi davamlı təsir göstərə bilər.

Lakin bu təsirin müsbət olub-olmayacağı bəlli deyil.

Rafik Həririnin 2005-ci ildə qətli Sidr İnqilabına səbəb olmuşdu və nəticədə Suriya qoşunları Livandan çıxmağa məcbur olmuşdu. Bundan əlavə onun qətlindən sonra qısa müddət ərzində ölkədə dinc demokratikləşmənin olacağına dair ümidlər yaranmışdı.

Partlayışdan əvvəl Livanda korrupsioner və səriştəsiz, iqtisadiyyatı idarə edə bilməyən, ölkəni dağılmaq həddinə çatdıran bir siyasi sistem hökm sürürdü. Zəif dövlət qurumları koronavirusun yayılmasının qarşısını almaqda çətinlik çəkirdi. Ölkədə valyutanın çökdüyünü, inflyasiyanın və yoxsulluğun artdığını bir vaxt sektant hökumət öz siyasi nüfuzunu və pul imtiyazların artırmağa çalışırdı.

Keçən ilin oktyabr ayından bəri başlayan etirazları hərbi və dini liderlərin gücünü sarsıtmağa nail ola bilməyib. Azı 145 nəfərin ölümünə, 5000 nəfərin yaralanmasına və 300 min insanın evsiz qalmasına səbəb olan partlayış Livan dövlətinin çürüklüyünün simvolu olaraq görülür.

Bu, Fransa prezidenti Emanuel Makronun partlayışdan sonra Beyrut küçələrində gəzərkən ətrafına toplaşan kütlənin yalvararaq, ondan kömək istədiyi zaman aydın olub. Ölkə rəhbərliyinə qəzəbli olan insanlar "Xalq rejimin süqutunu istəyir, inqilab istəyir" deyə şüarlar səsləndiriblər.

Macron onlarla birlikdə hakimiyyətə qarşı olduğunu söyləyib. Bir qadın Fransa liderinə “Sən hərbi diktatorlarla oturursan. Onlar son bir ildir bizi manipulyasiya edirlər" deyib. Makron isə ona “Mən buraya onlara yardım etmək üçün deyil, sizə yardım etmək üçün gəlmişəm” deyə, cavab verib.

"Sizə bunun zəmanətini verirəm," o, limanın yaxınlığındakı rayonun sakinlərinə deyib. "Yardım korrupsionerlərin əllərinə keçməyəcək. Mən bütün siyasi qüvvələrlə danışıb yeni razılıq istəyəcəm. Mən bu gün onlara yeni siyasi razılıq təklif etmək üçün buradayam," o deyib.

Onun bunu necə edilə biləcəyi isə bəlli deyil.

Livanın keçmiş müstəmləkəçisi olan Fransa aylardır böyük siyasi islahatlar müqabilində ölkəyə iqtisadi böhranın öhdəsindən gəlmək üçün yardım təklif edən beynəlxalq səylərə rəhbərlik edir. İranın dəstəklədiyi şiə Hizbullah silahlı qrupu ilə əlaqəsi olan Livanın baş naziri Həsən Diabın Fransa və Beynəlxalq Valyuta Fondunu Livanı şantaj etməkdə günahlandırmasından sonra Beyrut və Paris arasında qarşıdurmalar baş verib.

XS
SM
MD
LG