Accessibility links

Beyrut limanında daha bir yanğın


Dövlətə məxsus Milli Xəbər Agentliyi çox sayda insanın öldüyü və minlərlə insanın yaralandığı dağıdıcı partlayışdan bir ay sonra cümə axşamı Beyrut limanında böyük bir yanğının baş verdiyini bildirib.

Hərbi bir mənbədən alınan məlumata görə, yanğın limanın yanacaq və təkərlərin saxlanıldığı anbarında baş verib və səbəbi dərhal açıqlanmayıb.

Yanğın zamanı yerdən narıncı alovlar çıxdığı və şəhərin üzərini nəhəng qara tüstünün örtdüyünü görmək olub.

Daha bir nəhəng yanğın keçən ay partlayışdan sonra psixoloji travma alan sakinləri çaxnaşmaya salıb.

Avqustun 4-də baş verən partlayış 190-dan çox insanın ölümü, 6500 nəfərin yaralanmasından əlavə minlərlə binaya ziyan vurub.

Avqust ayında limandakı partlayışa altı il ərzində standartlara uyğun olmayan şəkildə saxlanılan 2750 ton ammonium nitratın yanması səbəb olub.

XS
SM
MD
LG